
AfD sorğularda birinci sıraya yüksəldi
Avropa Birliyi ölkələrindəki ifrat sağçı qüvvələr yüksəlişdədir
Avropa Birliyi ölkələrindəki ifrat sağçı qüvvələr yüksəlişdədir
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
Björn Höcke nasist şüarı ilə ifrat sağçı partiya rəhbərliyinə meydan oxudu
Daxili və dünya siyasətində sərt hökumət başçısı
Fransanın ən ucuz kababçısı bağlandı
Gündə 10 saatdan çox oturanların sayı artır
550-dən çox preparat tapılmır
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Avropada satılan mal əti kolbasası geri çağırıldı
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Almaniyada polis çatışmazlığı – təhlükəsizlik sisteminin zəif nöqtəsi
Yaxud Saarland effekti – regional mərkəzə çevrilmək
Alkoqolsuz kimi satılan içkidə spirt tapıldığı üçün geri qaytarıldı
Almaniyada 75 ölkədən gələn qadınlar seks işçisi kimi qeydiyyata düşüb
İşçilər tətilə çıxdı, həmkarlar ittifaqından “qıtlıq” xəbərdarlığı
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Hindistanın baş naziri Narenda Modi Avropa ölkələrinə səfər edib. Narendra Modinin bu səfərdən iki məqsədi olub. Onun birinci məqsədi Dehlinin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə ölkəsinin mövqeyini izah etmək, ikinci məqsədi isə Avropa ölkələri ilə əməkdaşlığın inkişafı mövzularını müzakirə etməkdir. Narendra Modini səfərdə Hindistanın yeni təyin olunmuş xarici işlər naziri Vinay Kvatra müşayiət edib. Bu Modinin 2022-ci ildə xaricə ilk səfəridir.
Narendra Modi Almaniyada bir neçə sazişə imza atıb. Bu sazişlərə görə, Hindistan 2030-cu ilə qədər 10 milyard avro kredit əldə edəcək. Bu maliyyə Hindistanda ekoloji təmiz enerjinin istehsalını artırmaq məqsədilə xərclənəcək. Berlin Dehli ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Dehli də Almaniyanı Avropada əsas tərəfdaşı sayır. Misal üçün Berlin Hindistan-Çin gərginliyində Dehlinin mövqeyini dəstəkləyir. Berlin Çinin bölgədə hərbi gücünü artırmasından narahatdır. Almaniyanın kansleri Olaf Şolts Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika Respublikasını “böyük yeddilərin” iyunda Almaniyada keçiriləcək sammitinə dəvət edib.
Narendra Modi Berlində Hindistanın Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bu şəkildə dəyərləndirib: “Biz hesab edirik ki, bu müharibədə qalib yoxdur”. Modi Rusiyanın adını çəkməsə də, faktiki bu cümlə ilə demək istəyib ki, başqa ölkənin ərazisini işğalını dəstəkləmir. Halbuki, ABŞ və Avropa İttifaqı Hindistandan daha artığını gözləyir, Dehlinin Rusiya ilə əməkdaşlığın miqyasını azaltmasını istəyir.
Narendra Modi Almaniyanın ardınca Avropa İttifaqının ikinci əsas dövləti Fransaya səfər edib, bu ölkənin prezidenti Emmanuel Makronla görüşüb. Modi Berlində olduğu kimi Parisdə də Ukrayna mövzusunu müzakirə edib. Modi Makronla görüşdən sonra Hindistanın xarici işlər naziri bildirib ki, hər iki ölkənin Ukrayna ilə bağlı mövqeyi eynidir. Modi böyük ehtimalla qapalı görüşdə Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni pislədiyini bildirib. Paris və Dehli Ukrayna mövzusuyla bağlı dialoqu genişləndirməyi qərara alıblar.
Berlin kimi Paris də Dehlinin Rusiyadan uzaq dayanmasını istəyir. Digər tərəfdən Berlin kimi Paris də Hindistan-Çin qarşıdurmasında Dehlinin mövqeyini dəstəkləyir. Bundan başqa Makron Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təklifini də dəstəkləyir. Bunun reallaşması problematikdir. Çünki Təhlükəsizlik Şurasının digər daimi üzvü Çin Hindistanın onunla bir sırada dayanmasına əngəl olacaq.
Beləliklə, Narendra Modi Avropa ölkələrinə səfəri zamanı Hindistanın Ukrayna ilə bağlı mövqeyini şəxsən izah etməyi qarşısına məqsəd qoyub. Modi Avropa liderlərinə izah etməyə çalışıb ki, Dehli Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bəyənməsə də, Kremllə əlaqələrdən imtina edə bilməz. İki ölkə arasında bəzi ortaq layihələr və enerji əməkdaşlığı var. Bunun bir səbəbi də Çinin siyasətidir. Dehli hesab edir ki, Kremllə əlaqələrdən imtina etsə, Rusiya Çin-Hindistan gərginliyində birmənalı şəkildə Pekinə dəstək verəcək. Bu isə bölgədə Çinin mövqeyini daha da gücləndirəcək. Digər tərəfdən Dehli Çinin Avropa ölkələrinə artan yatırımlarından da narahatdır. Hindistanın maliyyə resursları Çindən geri qalır. Hindistan şirkətlərinin başqa ölkələrə yatırım həyata keçirmək imkanı yoxdur. Ona görə bu yarışda Hindistan Çindən geri qalır. Dehli ehtiyat edir ki, Pekin Avropanın bir sıra ölkələrinə həyata keçirdiyi yatırım hesabına həmin dövlətləri özünə yaxınlaşdıra bilər. Ancaq Pekinin Çində həyata keçirdiyi sərt siyasət, insan hüquqlarının pozuntuları və bölgədə hərbi gücünü artırması Avropanın aparıcı dövlətlərini narahat edir. Bu amil isə Hindistanın xeyrinədir.