
“Əməkdaşlığa maraq kifayət qədərdir”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya qazdan istifadəni azaltmaq və digər enerji mənbələrinə keçmək üçün yeni fövqəladə tədbirlər tətbiq etmək niyyətindədir. Belə ki, Moskvanın Ukraynaya təcavüzündən sonra Almaniya Rusiya qazının alışını əhəmiyyətli dərəcədə azaltmaq istəyir. Bu barədə media Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habekə istinadən məlumat yayıb.
Sənədə istinad edən DPA yazır ki, əsas elektrik enerjisi istehsalı və sənaye üçün qazdan istifadənin azaldılması nəzərdə tutulur. Prioritet kimi qışda qaza olan tələbatı ödəmək üçün anbarlarının doldurulması əsas götürülür.
Məlumatda həmçinin vurğulanır ki, hakimiyyət anbarları doldurmaq üçün Rusiyadan kənarda qaz alışına kredit kimi 15 milyard avroya qədər vəsait ayırmaq niyyətindədir.
“Deutsche Welle”nin məlumatına görə, bundan başqa qazdan istifadəni azalda bilən sənaye istehlakçılarına kompensasiya veriləcək. Həm də elektrik enerjisi istehsalına daha çox kömürlə işləyən elektrik stansiyalarının cəlb olunacağı güman edilir.
Nazirin sözlərinə görə, hökumət ev təsərrüfatlarının qaz istehlakını məhdudlaşdırmaq üçün də tədbirlər təklif edir. Amma hələki bununla bağlı heç bir qərar verilməyib.
Bu arada kansler Olaf Şolts, Rusiyadan tədarükün daha da azaldılması halında aydın bir plan hazır olana qədər vətəndaşlara qoyula biləcək məhdudiyyətlərə qarşı çıxır.
Son günlər “Gazprom” “Şimal axını” boru kəməri ilə Almaniyaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb. O, bunu “Siemens” qaz turbinlərinin təmiri zərurəti ilə izah edib ki, bu da indi sanksiyalara görə mümkün deyil. Həm də iddia olunur ki, Kanadaya təmirə göndərilən turbinlərdən biri tətbiq edilən sanksiyalara görə Rusiyaya qaytarılmır.
İndi “Şimal axını” ilə sutkada 67 milyon kubmetrdən çox olmayan qaz ötürülür ki, bu da kəmərin ötürmə qabiliyyətindən 2 dəfədən çox aşağıdır.
Rusiya qazının tranziti Ukrayna ərazisi ilə davam etsə də hazırda ötürülən qaz həcminin əvvəlkindən daha az olduğu bildirilir.
Uzunmüddətli perspektivdə Avropa İttifaqı (Aİ) da Ukraynaya təcavüzü ilə bağlı Moskvanı etibarsızlıqda ittiham edərək, Rusiya qazının tədarükündən imtina etmək niyyətindədir.
Aİ ölkələrinin bir qismi isə yaxın gələcəkdə Rusiya qazının tədarükünə embarqonun qoyulmasına qarşı çıxır, sənayenin fəaliyyətini və bəlkə də isitməni təmin etməyin çətin olacağını iddia edir.
Bəzi şirkətlər Moskvanın təklif etdiyi, “Gazprombank”da rubl hesablarının açılmasını ehtiva edən ödəniş sxemi ilə razılaşıblar. Bir neçə ölkə Moskvanın bu şərtləri ilə razılaşmadığından həmin ölkələrə Rusiya qazının tədarükü dayandırılıb. Hələlik söhbət bazarda çox kiçik bir paydan gedir.
Rusiyanın Ukraynaya təcavüzündən əvvəl də bazarda qazın qiymətində artım olub və tendensiya davam etməkdədir. Enerji qiymətlərindəki bahalaşmanın inflyasiyanın artmasına təsir edən əsas səbəblərindən biri olduğu vurğulanır və bir sıra Aİ ölkələrində bu göstəricinin 10 faizi keçdiyi bildirilir.