Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:21 | 29 iyun 2022 | Çərşənbə
Məqaləyə 679 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ iyunun 28-də Rusiyanın daha 70 qurumuna sanksiyalar elan edib. Budəfəki sanksiyaların hədəfində Rusiyanın müdafiə firması olan “Rostec” də daxil olmaqla, daha 29 nəfər var. Rəsmi Vaşinqton bu sanksiyaların məqsədinin “Rusiyanın silah inkişaf etdirmə və yerləşdirmə qabiliyyətinin ürəyinə zərbə” olduğunu bildirir.
Rusiya qızılının idxalını da qadağan edən yeni sanksiyalar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən elan edilib və bu həftə Böyük Yeddilərin (G7) sammiti zamanı əldə edilmiş razılaşmaları həyata keçirir.
Maliyyə naziri Canet Yellen verdiyi açıqlamada bildirib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq əlavə sərt sanksiyalar tətbiq etmək üçün tərəfdaşları və müttəfiqləri ilə işləmək öhdəliyini bir daha təsdiqləyir.
“G7 üzvlərinin bu həftə geniş, çoxtərəfli öhdəlikləri və addımları Rusiya Federasiyasının öz ordusu üçün kritik olan texnologiyaya çıxışını qarşısını bir daha kəsdi” deyən Yellen əlavə edib ki, “Rusiyanın müdafiə sənayesini hədəf almaq Putinin imkanlarını aşağı salacaq, onun onsuz da pis əhval-ruhiyyə, pozulmuş təchizat zəncirləri və logistika uğursuzluqları ilə üzləşmiş müharibəsinə daha da mane olacaq”.
“Rostec”ə iyunun 28-də elan edilmiş sanksiyalar dövlət aerokosmik və müdafiə qurumlarına qarşı əvvəllər elan edilmiş sanksiyalara əsaslanır.
Nazirlik bildirib ki, “Rostec”in “idarəetmə çətirinə müxtəlif sektorlar üzrə 800-dən çox müəssisə daxildir”. “Rostec”in 50 və ya daha çox faizinə sahib olduğu bütün qurumlar bloklanıb. Buraya Rusiyanın MiQ və “Sukhoi” qırıcı təyyarələrinin istehsalçısı olan Birləşmiş Təyyarə Korporasiyası da daxildir. Nazirlik bunun “Rusiyanın Ukraynaya hava hücumunu davam etdirmək imkanlarını zəiflətmək” məqsədi daşıdığını bildirib.