
“RQ-4B Global Hawk” iş başında
ABŞ Qara dənizə nəhəng kəşfiyyat təyyarəsi göndərib
ABŞ Qara dənizə nəhəng kəşfiyyat təyyarəsi göndərib
Məxfi Xidmətlə Ceyms Komini qarşı-qarşıya gətirən “kod”
Yaponiyada hökumətin duzun azaldılması kampaniyası başlayıb
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Tramp: “Əmir İrana, əslində, böyük kömək edir”
“Oyunu dəyişdirən addımlar” amerikalı olmağın nə demək olduğunu hiss edəcək
Çiplərdə gizli hissələr var, dünya təlaşlanıb
Pezeşkian: “ABŞ sülhdən danışarkən, təhdid edir”
Almaniyada xarici investisiyalar təhlükəli şəkildə azalaraq ən aşağı səviyyəyə çatıb
Taylor Sviftin evinin yaxınlığında şübhəli tapıntı
Bütün ştat üzrə axtarış tədbirlərinə başlanıldı
“Husilər”ə son günlərin ən ağır zərbəsi
Keçmiş FTB rəhbərinin şübhəli Tramp postu ABŞ-da mübahisələrə səbəb oldu
DNT testi 40 il əvvəl törədilən qətlin üstünü açıb
Tramp: “Ümid edirəm ki, İranla bağlı mənə kömək edə bilərsiniz”
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
NATO Finlandiya və İsveç hesabına genişlənəcək. Bu həm Avropanın təhlükəsizliyinə, həm də ABŞ-ın maraqlarına cavab verir. Vaşinqton bununla kifayətlənmir. ABŞ yeni ittifaq təsis edib. Sakit okean bölgəsini əhatə edən ittifaqa ABŞ-la yanaşı Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya və Yaponiya daxildirlər. İttifaqı elan edən dövlətlərin ortaq bəyanatında bildirilib ki, “Partners in the Blue Pacific” (PBP) adı verilən tərəfdaşlıq formatı effektiv əməkdaşlığın inkişafı və regionun ada dövlətlərinə dəstək üzrə növbəti təşəbbüsdür.
Bəyanatda ittifaqın məqsədi barədə bunlar yazılıb: “Beş ölkə Sakit okean prioritetlərini daha effektiv və səmərəli şəkildə dəstəkləmək üçün “Partners in the Blue Pacific” tərəfdaşlığı adlı hərtərəfli qeyri-formal mexanizmi işə salıb. Bu yeni təşəbbüs bizim regiona uzunmüddətli öhdəliyimizə, Sakit okeanın ada ölkələri ilə sıx əlaqələrə və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz regionu suverenlik, şəffaflıq, hesabatlılıq prinsiplərinə uyğun olaraq və Sakit okean dövlətlərinin rəhbərliyi və liderliyi altında dəstəkləməsi mövzusunda həmrəyik”.
ABŞ və tərəfdaşları nədən yeni ittifaqa ehtiyac duyublar?
ABŞ və müttəfiqlərinin Rusiya və Çinlə münasibətlərində gərginlik hökm sürərkən bölgədə ittifaqların sayı artır. Bir başqa ittifaqda ABŞ, Avstraliya, Hindistan və Yaponiya yer alıblar. Yeni ittifaqda Hindistan yoxdur. Görünür, Dehli əzəli rəqibi Çinlə münasibətləri daha da gərginləşdirmək istəmir. Hindistan Rusiya və ABŞ arasında birmənalı seçim etməkdən çəkinir. Ona görə də Hindistan həm Rusiya və Çinin yer aldığı BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdür, həm də ABŞ, Avstraliya və Yaponiya ittifaqında yer alıb. Dehli əlavə ittifaqlarda yer almaq istəmir.
Aydındır ki, ABŞ-ın formalaşdırdığı yeni regional ittifaq da Rusiya və Çinin hegemonluğu əleyhinədir. İttifaq dövlətlərini Çinin kiçik ada dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməsi və həmin adalarda hərbi bazalar yerləşdirmək planları narahat edir. Bölgə ölkələri hələ ki, bu prosesə mane ola bilməyiblər. Çünki ada dövlətlərin maliyyəyə ehtiyacları var. Həmin maliyyəni isə heç bir ilkin şərt irəli sürməyən Çin təmin edir. Ancaq orası da var ki, dövlətlər Çinin borcunu qaytara bilmədiklərində Pekindən asılı vəziyyətə düşürlər.