Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:28 | 30 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1177 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“Amerika nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır və əsas diqqəti İran neftinin Çinə ixracını hədəfə almağa yönəldir”. Bunu Vaşinqton rəsmilərinə istinadən Amerikanın “NBC” şəbəkəsi yazıb.
“Avropalı diplomatlar və keçmiş Amerika rəsmiləri “NBC”ə bildiriblər ki, Vaşinqton çox güman ki, İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Ağ Ev Tehranın Çinə neft satışına xüsusi diqqət yetirməklə mövcud sanksiyaları tətbiq etməyə çalışacaq. Hesabata görə, İranın nüvə proqramına qarşı mümkün təxribat əməliyyatları da müzakirə mövzusu ola bilər”, – deyə, “NBC” bildirib.
Məlumatda bildirilir ki, nüvə danışıqlarının xilas edilməsi perspektivi getdikcə şübhə altına alındığına görə, Bayden administrasiyası təzyiq altındadır.
Amerika Dövlət Departamenti də Avropa Birliyinin xarici işlər nazirinin müavini Enrike Moranın Doha danışıqlarında irəliləyişin olmaması ilə bağlı iddiasını təkrarlayıb.
“Avropa Birliyinin səylərinə görə çox minnətdarıq, ancaq İranın hələ də Avropa Birliyinin təşəbbüsünə müsbət cavab verə bilməməsindən məyusuq və buna görə də heç bir irəliləyiş əldə olunmayıb”-deyə, Dövlət Departamentinin sözçüsü Doha danışıqlarının bitdiyini təsdiqləyib.
Qeyd edək ki, Rusiya və Çinin dəstəyinə arxayın olan və Moskvanın Qərbə qarşı mövqeyindən ruhlanan İran hökuməti radikal cərəyan və SEPAH-ın Qərbin şərtlərini qəbul etməmək barədə təklifləri ilə razılaşmış kimi görünür.
“Qırmızı xətlərimizdən qətiyyən geri çəkilməyəcəyik, Amerikanın ciddi niyyəti varsa, danışıqların bu raundunda razılaşma əldə etmək olar”, – deyə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yunun 29-da mediaya verdiyi açıqlamasında bildirib.