Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:58 | 1 iyul 2022 | Cümə
Məqaləyə 1192 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Co Bayden bildirib ki, Amerikanın təşəbbüsündən sonra 50-dən çox ölkə Ukraynaya silah yardımı edəcəyinə söz verib. Prezident Bayden Ukraynaya 140 min ədəd tank əleyhinə sistem, 600-dən çox tank, 500-ə yaxın artilleriya sistemi və 600 mindən çox mərmi veriləcəyi ilə bağlı 50-dən çox ölkənin yeni öhdəliklər götürdüyünü bildirib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan isə bildirib ki, Vaşinqton Kiyevi müasir orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Eyni zamanda Ukraynaya qabaqcıl reaktiv yaylım atəşi sistemi və gəmi əleyhinə sistemlər veriləcək.
Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarında möhkəmlənə bilmədiyi bir zamanda ABŞ-ın 50 ölkə ilə birlikdə Ukraynaya çox böyük hərbi yardım göstərməyə başlaması vəziyyətin tezliklə kəskin şəkildə dəyişəcəyi qənaətini yaradır. Fikrimcə avqust ayının sonu, sentyabr ayının əvvəllərində Ukrayna ordusunun güclü əks-hücumları başlayacaq.
ABŞ Rusiyanı Avropa enerji bazarlarından çıxarmağa başlayıb. İyun ayının göstəricilərinə görə ABŞ tarixdə ilk dəfə olaraq Avropaya qaz ixracında Rusiyanı üstələyib. Aydın görünür ki, Bayden Rusiyanın belini qırmaq üçün müəyyən etdiyi strategiyanı mərhələ-mərhələ, addım-addım həyata keçirməkdədir.
Bütün bunlar Rusiyanın postsovet məkanındakı casus şəbəkəsini qorxuya salıb. Gürcüstanda iqtidarını itirməkdə olan “Gürcü arzusu” hökuməti “Evimizə, Avropaya” Vətəndaş Hərəkatının fəallarına hücumlar təşkil edir. Azərbaycanda da Rusiyanın regional və etnik prinsiplər üzərindən formalaşdırdığı casus şəbəkəsinin qorxuya düşdüyü müşahidə edilməkdədir.