
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tramp: “Zirvədən sülh çıxmasa, Rusiyaya sanksiya tətbiq edəcəyəm”
Kreml: “Tramp, ən ağır problemlərin həllində fərqli yanaşma sərgiləyir”
Tramp: “Zirvəyə Avropa liderlərini də dəvət edə bilərəm”
Ukrayna bütün görüşlərdə masada olmalıdır
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
AB liderləri Trampı Rusiyaya güvənməməyə çağırdı
Alyaska görüşü Hindistanı Ukraynadan daha çox maraqlandırır
ABŞ-ın Rusiyadan pulla aldığı torpaqlarda hər iki ölkənin prezidentləri üz-üzə gəlir
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Leyen: “Avropa, ABŞ və NATO, Ukrayna üçün ortaq mövqeni gücləndirdi”
ABŞ-ın Yerin təbii peykində baza qurmaq planları
ABŞ-ın Tayvana 108 milyon dollarlıq silah satışına ən son maneə aradan qaldırılsa da, bəzi tənqidçilər bunun Şərqi Asiya demokratiyasının Çinin hücumundan müdafiəsinə kifayət etmədiyini deyir.
Tayvanın prezident ofisindən verilən açıqlamaya görə, satış cümə günü ABŞ Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib və tanklar və döyüş maşınları üçün ehtiyat hissələri, eləcə də texniki dəstək üçün müddəaları əhatə edir.
Pentaqonun təsdiqindən sonra silah satışı təsdiq edilmək üçün ABŞ Konqresinə göndərilir. Qəbul edilsə, bu, Bayden administrasiyası altında beşinci və bu il təsdiqlənmiş dördüncü silah satışı olacaq.
Tayvan prezidentinin sözçüsü Zan Dunhan deyib ki, Tayvanın müdafiə ehtiyaclarına böyük önəm verməyə və Tayvana qarşı təhlükəsizlik öhdəliklərini yerinə yetirdiyinə görə ABŞ hökumətinə minnətdardır.
Birləşmiş Ştatların Tayvanla rəsmi diplomatik əlaqələri olmasa da, 1979-cu ildə qəbul edilmiş Tayvan Münasibətləri Aktı ilə o, demokratiyanın özünü müdafiə etməsinə yardım etmək səlahiyyətinə malikdir. Əvvəlki dəstəyin əksəriyyətinə silah satışı və digər texniki yardım və təlim daxildir.
Çinin Müdafiə Nazirliyi tez bir zamanda satışa etiraz edib. Baş polkovnik Tan Kefei satışın Çinin daxili işlərinə müdaxilə və suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə təhlükə altına atdığını bildirib.
Pekin hökuməti adanı heç vaxt birbaşa idarə etməsə də, Çin Kommunist Partiyası özünü idarə edən və demokratik ölkə olan Tayvanı azğın əyalət hesab edir. Çin tez-tez Tayvan və xarici hökumətlər, xüsusən də ABŞ arasında hər hansı qarşılıqlı əlaqəyə etiraz edir.
Silah satışı Tayvanın bəzi bölgələrində də həvəslə qarşılanmır. Tayvanda bəziləri deyir ki, Bayden administrasiyası kifayət qədər iş görmür, çünki son silah satışları Tayvanın döyüş gücünü artırmaqdansa, tam şəkildə logistika və dəstəyə yönəlib.
İyun ayında 108 milyon dollarlıq satışla bağlı ilkin xəbərlərdən sonra ABŞ-Tayvan İşgüzar Şurası yeni tələblərin satılan əşyaların növünü məhdudlaşdırmaqla Tayvanın müdafiə qabiliyyətini şübhə altına saldığını bildirib.
ABŞ-Tayvan İş Şurasının prezidenti Rupert Hammond-Çambers bəyanatda bildirib ki, sayları və qabaqcıl silahları baxımından Çini tamamilə geridə qoysa da, Tayvanın hazırkı müdafiə strategiyası Çini hücum üçün cəlbedici olmayan hədəfə çevirəcək “asimmetrik” və ya “kirpi” müdafiəsinə yönəlib.
Siyasət Birləşmiş Ştatlar tərəfindən geniş şəkildə dəstəklənir, lakin Tayvanda siyasət araşdırması firması “Double Think Lab”ın hərbi və kiber məsələləri üzrə məsləhətçisi Kitsç Liao Yen-fan tərəflərin asimmetrik müharibənin nədən ibarət olması ilə bağlı fikir ayrılığının olduğunu deyib. Liao bildirib ki, bəzi tayvanlılar Vaşinqtonun silah satışı vasitəsilə Tayvanın müdafiə siyasətini formalaşdırdığını düşünür.
“Asimmetrikliyin qeyri-müəyyən təbiəti böyük alışlar əldə etməyimizə mane olur. Ölkə öz müdafiə siyasətini özü müəyyənləşdirməlidir. Digər ölkələr müdaxilə edib təkliflər verə bilər, lakin onlar bir ölkənin müdafiə siyasətini diktə edə bilməzlər. Bu, əslində ABŞ-ın hazırda etdiyi bir şeydir və bu, həm də onların yaratdıqları çox pis bir presedentdir. ABŞ Tayvandan satışları ilə müdafiə siyasətinin nə olduğunu diktə etmək üçün istifadə edir”, – deyə, o əlavə edib.
Avstraliya Milli Universitetinin Tayvan Tədqiqatları Proqramının müəllimi Ven-ti Sun 108 milyon dollarlıq satışa Tayvanın hava qüvvələrinin atəş gücünü artıracaq AGM-158 JASSM hava-yer raketlərinin daxil olacağına bir ümid olduğunu deyib. O, Amerikanın Səsinə bildirib ki, ehtiyat hissələri və texniki dəstəyin yeni anbarı hələlik ABŞ-ın digər maraqlarını tarazlaşdırdığı üçün siyasi baxımdan daha ehtiyatlı seçim kimi görünə bilər.