
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Avropa Komissiyası Rusiyanın “Şimal axını 1” qaz kəməri ilə Avropaya qaz tədarükü ilə bağlı istənilən ssenariyə, o cümlədən qaz kəmərinin təmirinin başa çatmalı olduğu cümə axşamı günü tədarükün bərpa olunmayacağı ehtimalına hazırlaşır.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi çərşənbə axşamı mətbuat üçün brifinqdə bildirib.
“Biz bütün mümkün ssenarilər üzərində işləyirik və fövqəladə halları planlaşdırılma zamanı nəzərə almalı olduğumuz ssenarilərdən biri təchizatın bərpa olunmaması ehtimalıdır”, – deyə Avropa Komissiyasının sözçüsü bildirib.
Daha əvvəl “Wall Street Journal” qəzeti komissiyanın büdcə məsələləri üzrə nümayəndəsi Yohannes Hahna istinadən Avropa Komissiyasının “Şimal axını 1”-in illik 10 günlük texniki xidmətdən sonra fəaliyyətini bərpa edəcəyini gözləmədiyi haqda məlumat verib.
“Biz onun xidmətə qayıtmayacağı ehtimalı ilə işləyirik”, – qəzetin verdiyi məlumata əsasən, Xan Sinqapurda jurnalistlərə bildirib.
Bu şərhlərlə bağlı sualı cavablandıran sözçü deyib ki, Avropa Komissiyası bu qış Rusiya qazının tədarükünün tamamilə dayandırıla biləcəyini nəzərə alaraq gözlənilməz hadisələrə hazırlaşır.
“Biz güman edirik ki, Qazprom artıq Avropaya qaz tədarük etməyəcək... və mümkün olan ən pis ssenari əsasında qışa hazırlaşırıq”, – o deyib.
Çərşənbə günü Avropa Komissiyası Aİ-nin qaza tələbatın ixtisarı üzrə planlarını dərc edəcək, belə ki, Brüssel Rusiya qazının tədarükünün daha da azaldılmasına hazırlaşır və qışdan əvvəl qaz anbarlarını doldurmağa çalışır.
Aİ-nin “Reuters” agentliyinin tanış olduğu planın layihəsi ölkələrə qaz istehlakını azaltmaq və digər yanacağa keçmək üçün şirkətlərə maliyyə stimulları yaratmağı təklif edir.
Aİ nümayəndələri bildiriblər ki, Komissiya ölkələr üçün qaz istehlakını azaltmaq üçün hədəflər müəyyən etməyi də nəzərdən keçirir, lakin bu hədəflərin icbari və ya könüllü olacağı ilə bağlı müzakirələr hələ də davam edir.
Bazar ertəsi “Reuters” agentliyinin məlumatına görə, Rusiyanın “Gazprom” şirkəti Avropadakı müştərilərinə “fövqəladə” vəziyyətlərə görə qaz tədarükünə zəmanət verə bilməyəcəyini bildirib. Bu, Moskvanın cümə axşamı “Şimal axını 1” qaz kəmərini bərpa etməyəcəyi ilə bağlı qorxuların artmasına səbəb olub.