
Hər yerdə tıxac olacaq
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
İsveçrə ilə Almaniya arasında müqavilə imzalanır
Fövqəladə vəziyyət elan edilib
Frankfurt hava limanında rekord miqdar qeydə alınıb
Merz Bundestaqda LGBT-nin göy qurşağı bayrağını istəmir
Avropanın ən güclü iqtisadiyyatı ölkəsində ilin birinci yarısında 12 minə yaxın şirkət müflis olub
80 illik eynək topdansatıcısı iflas etdi
Yol keyfiyyətsiz çəkilib?
100 nəfər əlbəyaxa oldu, hadisə yerinə helikopter gəldi
Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub
Almaniya hökumətinə sərt etiraz
“Qiymət məsələsi alman alıcıları üçün çox vacibdir”
Almaniya silah alışını sürətləndirir
Yens Spahn: “Avropa çəkindirici vasitəyə çevrilməlidir”
Bütün məhsullarda təbiətdə parçalanmayan “PFAS” çıxıb
Babasından qalma tapançanı ABŞ-a aparmaq istəyib
Almaniya tarixinin ən böyük maliyyə qalmaqalı kimi tanınan “Wirecard”ın iflası ilə bağlı Münhen Əyalət Məhkəməsində keçmiş rəhbərlərin məhkəməsi başlayıb.
Stadelheim həbsxanasının yaxınlığındakı zalda yüksək təhlükəsizlik tədbirləri ilə başlayan məhkəmədə “Wirecard AG”nin keçmiş icraçı direktoru (CEO) Markus Braun və şirkətin iki keçmiş rəhbəri mühakimə olunur.
İşin ilk iclasında oxunan ittiham aktında təqsirləndirilən şəxsləri cinayətkar dəstə yaratmaqda, şirkətin balansında saxtakarlıq etməkdə və kreditorlara 3 milyard avrodan çox pul aldatmaqda ittiham edib.
Həbs edilən Braun ona qarşı irəli sürülən ittihamları rədd edib. Dubayda qurulan “Wirecard” şirkətinin keçmiş meneceri Oliver Bellenhausun ittihamlarla bağlı prokurorluqla əməkdaşlıq edəcəyi də bildirilib.
İş üzrə 100 dinləmənin planlaşdırıldığı bildirilsə də, qərarın 2024-cü ildən əvvəl verilməsi gözlənilmir.
Almaniya prokurorları ölkənin siyasi və maliyyə qurumlarını şoka salan “Wirecard”ın iflasından sonra xüsusi polis qrupu ilə 450-dən çox adamı dindirib, 40-dan çox mülkdə axtarış aparıb və 42 terabaytlıq məlumat köçürüb.
Bir neçə il əvvələ qədər "Alman maliyyə texnologiyasının gələcəyi" hesab edilən “Wirecard”, 2020-ci ildə şirkətin balansından 1,9 milyard avrodan çox vəsaitin yox olduğu üzə çıxdıqdan sonra 1945-ci ildən bəri ölkənin ən böyük maliyyə qalmaqalının ünvanına çevrildi.
3,2 milyard avro borcun ortaya çıxmasından sonra şirkət iflas elan edildi.
Qalmaqaldan sonra Almaniya Federal Bank Tənzimləmə Agentliyi (BaFin) maliyyə texnologiyaları şirkətini yoxlaya bilmədiyi iddiaları ilə üzləşib və qurum rəhbəri istefa verib.
2020-ci ildə ozamankı kansler Angela Merkel və sonra maliyyə naziri, hazırkı kansler Olaf Şolz şirkətin nəzarətində qeyri-adekvat olduqları üçün tənqid olundu.
1999-cu ildə yaradılan “Wirecard”ın səhmdarları sırasına “The Goldman Sachs Group”, “Morgan Stanley”, “Societe Generale S.A.”, “Bank of America Corporation” və “Citigroup” daxildir.
Qalmaqal “Wirecard”a nəzarət edən EY-nin şirkətin 2019-cu il hesablarında 1,9 milyard avrodan çox vəsaitin olmadığını iddia edərək, əvvəlki ilin maliyyə nəticələrini təsdiqləməməsindən sonra yaranıb.
“Wirecard AG”nin səhmləri iflasdan əvvəl Almaniyanın ən böyük şirkətlərinin yerləşdiyi “Dax 30” indeksində alınıb-satılırdı.