
“Uğursuz olduq”
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Adalar risk altındadır
Neft razılaşması Yunanıstanda panika yaratdı
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
İçməli suda uran tapılıb
Yunanıstanda deputatının evinin önündə partlayış
İngiltərə və Yunanıstan qarşı-qarşıya
Başqasına aid qanın vurulduğu xəstənin sağ qalma şansı 5 faizdir
Yunanıstanda 25-44 yaş arasında tibb işçisi çatışmır
AB vəsaitlərinin ayrı-seçkilik xarakterli layihələr üçün istifadə edildiyi aşkarlanıb
Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir
Afina həyəcan təbili çalır: “Yerli əhalinin əziyyət çəkdiyi su qıtlığı, turist axını ilə dözülməz olacaq”
Ölkədə su böhranı böyüyür
42 faiz bir ölkənin payına düşüb
Evbeya adasında fövqəladə vəziyyət elan edildi
Yunanıstanın Saloniki şəhərində 16 yaşlı qaraçı yeniyetmənin polisin atəş açması nəticəsində yaralanması ölkə daxilində böyük əks-səda doğurub. Ölkədə yaşayan qaraçılar etirazla reaksiya verərkən, 34 yaşlı polis bu gün hakim qarşısına çıxıb.
Gəncin qohumları da daxil olmaqla 200-ə yaxın insan Salonikidəki məhkəmə binası qarşısına toplaşaraq hadisəyə etiraz edib. Yaralı gəncin fotosunu daşıyan nümayişçilər “ədalət” çağırıblar. “Məsələ benzin və pulda deyildi, polis onu Roman olduğu üçün vurdu” şüarları səsləndirən nümayişçilər polis məmurunun həbsini tələb ediblər. Qaraçı icmasının liderlərindən biri Andonis Tasios “Onu rənginə görə vurdular” dedi. Roman olmasaydı, bunu etməzdilər” dedi.
Hadisə necə baş verib?
Ötən bazar ertəsi 16 yaşlı qaraçı gənc yanacaq üçün 20 avro ödəmədən avtomobili ilə yanacaqdoldurma məntəqəsindən qaçmaq istəyərkən, onu izləyən motosikletli polis tərəfindən başından vurularaq yaralanıb. Xəstəxanaya çatdırılan gəncin vəziyyətinin ağır olduğu bildirilib. Hadisədən sonra paytaxt Afina və Saloniki başda olmaqla bir çox şəhərdə qaraçı icması tərəfindən şiddətli etiraz nümayişləri keçirilib və bir polis məmuru yüngül xəsarət alıb.
Polis əməkdaşı ifadəsində gəncin maşını ilə onun arxasınca gələn motosikletlərdən birinə vurmağa çalışdığını və onu saxlamaq üçün iki atəş açdığını bildirib. Komanda yoldaşlarını qorumaq üçün atəş açdığını iddia edən polis əməkdaşı gənci vurmaq istəmədiyini bildirib. Hadisədən sonra vəzifəsindən uzaqlaşdırılan polis zabiti qəsdən adam öldürməyə cəhddə.
Yerli mənbələrə görə, son illərdə çoxlu qaraçı gənc cinayət törətmək və qaçmaq istəyərkən polislə toqquşmalarda yaralanıb.