Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:19 | 16 iyul 2024 | Çərşənbə axşamı
Məqaləyə 454 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından ABŞ seçkilərində prezidentliyə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Tramp Miluoki ştatında keçirilən (Milwaukee) Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib.
Konqres iştirakçıları Trampı alqışlar və qışqırıqlarla qarşıladıqları halda, keçmiş prezident onları təbəssümlə reaksiya verib.
Konqresə qulağında sarğı ilə qatılan Trampı elan etdiyi vitse-prezidentliyə namizəd Ceyms Devid Vens müşayiət edib.
ABŞ-ın keçmiş prezidenti Tramp şənbə günü Pensilvaniya ştatında mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
ABŞ Məxfi xidməti mitinq sahəsinin kənarındakı yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.
Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.