Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:36 | 17 iyul 2024 | Çərşənbə
Məqaləyə 378 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın aparıcı media qurumlarından “CNN International” İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd planlaşdırdığını iddia edib. Xəbərdə mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq 13 iyul sui-qəsd cəhdinin İranın planı ilə heç bir əlaqəsinin olmadığı yazılıb. İranın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyi iddiaları “əsassız və qərəzli” adlandırıb.
“CNN İnternational”ın məsələ ilə bağlı məlumatlı insanlara əsaslanaraq verdiyi məlumata görə, ABŞ səlahiyyətliləri sui-qəsdlə bağlı kəşfiyyat məlumatlarını etibarlı “mənbələrdən” əldə ediblər.
Alınan məlumatdan sonra ABŞ Məxfi xidmətinin Respublikaçı prezidentliyə namizəd ətrafında təhlükəsizliyi artırdığı iddia edilib.
Adı açıqlanmayan mənbələr 13 iyul mitinqində Trampa sui-qəsd cəhdi edən və hadisə yerində öldürülən 20 yaşlı Tomas Metyu Kruksun İran hücumu ilə əlaqəsi olduğuna dair heç bir məlumatın olmadığını iddia edib.
İran təhdidinin təfərrüatlarının Tramp düşərgəsi ilə paylaşılıb-paylaşılmadığı məlum deyil. 78 yaşlı siyasətçinin seçki kampaniyası komandası tərəfindən edilən şərhdə, “Prezident Trampın təhlükəsizliyi ilə bağlı təfərrüatları şərh etmirik. Bütün suallar ABŞ Məxfi xidmətinə göndərilməlidir”.
Digər tərəfdən, xəbər bizə Məxfi xidmətin sözçüsü Entoni Quqlielminin bazar günü verdiyi açıqlamanı xatırladıb. Quqlielmi bildirmişdi ki, Trampın təhlükəsizliyi ilə bağlı tədbirlərə “qoruyucu resurslar, texnologiya və imkanlar” əlavə edilib.
“CNN İnternational”a danışan mənbələr bildiriblər ki, Məxfi xidmət rəsmiləri Trampın kampaniya komandasına açıq havada mitinqlərə qarşı xəbərdarlıq ediblər, lakin bunlar “daha ümumi xarakter daşıyır”.
***
İranın BMT-dəki Daimi Nümayəndəliyi “CNN İnternational”da yayılan iddialarla bağlı açıqlama verib.
Bəyanatda deyilir ki, İrana görə Tramp “iranlı general Qasım Süleymaninin öldürülməsinə göstəriş verən cinayətkardır”.
Açıqlamada Trampın məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılması lazım olduğu qeyd edilərək, “İran ədalətin bərqərar olması üçün qanuni yolu seçdi” bildirilib.
Açıqlamada İranın ABŞ-ın keçmiş prezidenti Trampa sui-qəsd cəhdi edəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğu iddiaların “əsassız və qərəzli” olduğu vurğulanıb.