
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Ursula fon der Leyen Avropa Parlamentində (AP) etimad səsverməsi aldı və daha beş il müddətə Avropa Birliyi (AB) Komissiyasının sədri oldu.
AP-nin ən böyük qrupu olan Avropa Xalq Partiyası (APP) tərəfindən namizədliyi irəli sürülən və 6-9 iyun tarixlərində keçirilən seçkilərdən sonra AB liderləri tərəfindən AP-yə tövsiyə edilən Fon der Leyen Baş Assambleyada etimad səsi aldı. Bağlı zərfdə keçirilən səsvermədə deputatlardan 401-i lehinə, 284-ü əleyhinə, 15-i isə bitərəf qalıb.
Fon der Leyen bununla da 2019-cu ildən tutduğu Aİ Komissiyasının sədri vəzifəsini daha 5 il davam etdirmək hüququ qazanıb.
İkinci dəfə Aİ Komissiyasının sədri təyin olunan Fon der Leyen 1958-ci il oktyabrın 8-də Belçikada anadan olub. Alman ailəsində doğulan fon der Leyenin atası Ernst Albrext AB-nin ilk təyin olunan rəsmilərindən biri və Aşağı Saksoniya prezidenti olub. Siyasətlə iç-içə keçən fon der Leyenin uşaqlıq və gənclik illəri gələcək karyerasının əsasını qoyub.
Alman siyasətçi universitet həyatına iqtisadiyyat sahəsində başlasa da, 1987-ci ildə Hannover Tibb Fakültəsində tibb dərəcəsi alıb. Siyasi karyerası 1990-cı ildə Alman Xristian Demokratik İttifaqı (CDU) partiyasına qoşulduğu zaman başlayan fon der Leyen Aşağı Saksoniya Parlamentinin üzvü və əyalət hökumətində müxtəlif nazir vəzifələrində çalışıb.
Fon der Leyen federal hökumətdə iştirak etməyə 2005-ci ildə, o vaxtkı baş nazir Angela Merkelin kabinetində Ailə, Yaşlı Vətəndaşlar, Qadınlar və Gənclər naziri təyin edildikdən sonra başlayıb. 2009-2013-cü illər arasında Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmış fon der Leyen 2013-cü ildə Almaniyanın ilk qadın müdafiə naziri olmaqla, 2019-cu ilə qədər bu vəzifəni tutub.
Fon der Leyenin Aİ Komissiyasının prezidenti olmaq yolu 2019-cu ilin iyulunda onun namizədliyi ilə başlayıb. Təcrübəli siyasətçi 1 dekabr 2019-cu ildə Avropa Parlamenti və Aİ liderlərinin əksəriyyətinin dəstəyi ilə Komissiyanın sədri seçilən ilk qadın kimi səlahiyyətlərinin icrasına başlayıb. Fon der Leyenin səlahiyyət müddəti ərzində qarşılaşdığı böhranlara və qaynar münaqişələrə münasibəti tez-tez tənqid olunurdu.
“COVID-19” pandemiyası zamanı AB-nin ilkin peyvənd tədarükü prosesi və paylama gecikmələrinə görə tənqid edilən Fon der Leyenə qarşı “vəzifədən sui-istifadə” kimi müxtəlif ittihamlarla iddia qaldırılıb. Fon der Leyenin iddialı iqlim siyasətlərinə təkan verməsi də bəzi üzv dövlətlərin və onların iqtisadi təsirindən narahat olan ifrat sağçı partiyaların müqaviməti ilə üzləşib.
Fon der Leyenin 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarından sonra tutduğu münasibət və İsrailə təklif etdiyi “şərtsiz dəstək” Avropada yaşayanlar, eləcə də AB rəhbərliyi və AP daxilində reaksiyalara səbəb olub.