
Rusiya ilə sərhəddə təşviş
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
AB ilə danışıqlar, enerji riski və yeni geosiyasi balanslar
Avropanın kəşfiyyat xəbərdarlığı nə deyir?
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Hərbi komissarlıqdan yayınanların bütün hüquqları alınacaq
Putin-Tramp xəttində külək tərsinə döndü, rus mediasında qarşı ritorika sərtləşdi
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Baba Primakovun tələbəsi Putinin əlaltısı nəvə Primakov
Almaniyada hərbi xidmət gənclər üçün cazibədar edilir
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
SİZO-da dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə ittiham olunanlar saxlanılacaq
Avropanın ən böyük limanında müharibə imitasiyası
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Kremlin sözçüsü Dmitri Peskov Peskov jurnalistlərə Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin dəniz təhlükəsizliyi strategiyası ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını həyata keçirən fərmanı ilə bağlı açıqlamalar verib.
NATO qüvvələrinin Qara dənizdə daimi mövcudluğunun təmin edilməsinin əsas hədəflər arasında olduğu strategiyası ilə bağlı Peskov, “alyansın sahilyanı dövlətləri Bolqarıstan və Rumıniyanı nəzərə alsaq, NATO gəmilərinin Qara dənizdə sıx mövcudluğu NATO dövlətlərinin Ukrayna ətrafındakı münaqişələrdə birbaşa iştirakını təsəvvür etdikdə Rusiya üçün əlavə təhdid meydana gətirir. Biz təhlükəsizliyimiz üçün bütün lazımı tədbirləri görəcəyik”, – deyib.
Sahilyanı olmayan dövlətlərin Qara dənizdə qalması ilə bağlı qaydaların Montrö Konvensiyasında ciddi şəkildə tənzimləndiyini xatırladan Peskov, “bu halda Türkiyə idarəçidir və üzərinə düşən vəzifələri kifayət qədər dəqiq yerinə yetirir”, – deyib.
Növbəti beş ildə Avropa Birliyi (AB) Komissiyasının başqanlığında olacaq Ursula fon der Leyenin AB-ni müdafiə birliyinə çevirmək vədini şərh edən Peskov, “Bu, Avropa dövlətlərinin xarici siyasətlərində militarizasiya, gərginliyin artması, konflikt və qarşıdurma yaratmaq üsullarına əl atacağı ilə bağlı ehtimalları bir daha təsdiq edir”, – dedi.
Peskov əlavə edib ki, sözügedən fəaliyyət AB-nin NATO çərçivəsində qarşılıqlı işbirliyi ilə kəsişir.