BMW-nin “keyless” sistemində qüsur
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
14:58 | 18 iyul 2024 | Cümə axşamı
Məqaləyə 402 dəfə baxılıb
Şriftin ölçüsü
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Almaniya kansleri Olaf Şolz ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı istənilən ehtimala hazırlıq gördüklərini bildirib. Amerika qitəsində qeyri-müəyyənliyin artdığını vurğulayan Şoltz, bunun cəmiyyətlərdə gərginliyə səbəb olduğunu, ancaq inamın yaradılması ilə bununla mübarizə aparıla biləcəyini qeyd edib.
“t-online” xəbər portalına verdiyi açıqlamada ölkəsinin ABŞ ilə yaxın siyasi, iqtisadi və mədəni əlaqələri olduğuna diqqət çəkən Şoltz, “hökumət dəyişikliyi demokratiyanın bir parçasıdır. Bu çərçivədə təbii ki, biz hər cür ehtimala hazırlaşırıq, amma bunun necə olacağın ictimaiyyət qarşında danışmırıq”, – deyib.
ABŞ seçkilərinin hələ yekunlaşmadığını bildirən Şoltz, seçkilərin noyabrda keçiriləcəyinə diqqət çəkib.
Amerika qitəsində qeyri-müəyyənliyin artdığını vurğulayan Şoltz, bunun cəmiyyətlərdə gərginliyə səbəb olduğunu, ancaq inamın yaradılması ilə bununla mübarizə aparıla biləcəyini ifadə edib.
Dünyada qüvvələr nisbəti dəyişib. Artıq təkcə ABŞ, Avropa, Rusiya və Çin kimi ənənəvi oyunçuların olmadığını qeyd edən kansler gələcəkdə Braziliya, Cənubi Afrika, Nigeriya, Hindistan, İndoneziya və digər ərəb və Asiya ölkələrinin də nüfuz sahibi olacaqlarını vurğulayıb.
ABŞ-ın Almaniyaya raket yerləşdirməsini keçmişdə səhv hesab edən Şoltzun indi bu qərarı niyə düzgün sayır soruşduqda kansler belə cavab verib: “O vaxtdan bəri dünya çox dəyişib. Bizim burada olan, qonşularını təhdid etməkdən və ya Ukrayna məsələsində onlara hücum etməkdən çəkinməyən getdikcə aqressivləşən Rusiyadır. Putin silahlara nəzarətlə bağlı bir çox müvafiq sazişləri ləğv etdi və böyük ölçüdə yenidən silahlandı. Bütün bunlar beynəlxalq təhlükəsizliyi təhdid altında qoyur. Buna görə də Rusiyanın bizə və NATO ərazisinə hücumunun qarşısını almaq üçün kifayət qədər güclü olmalıyıq”.
Baş nazir Şoltz sosial şəbəkələrin qəbulu və mühakimələrinə də toxunub. Sosial medianın özü ilə yeni problemlər gətirdiyini vurğulayan Şoltz, “məncə, ən böyük təhlükə ön mühakimələrin geri dönməsidir. İstifadəçilər daim yalnız öz mövqelərini və qərəzlərini gücləndirən məlumatlarla qidalanırlar”, – deyib.
Cəfəngiyatın nə olduğunu başa düşmək üçün yeni anlayışa ehtiyac olduğunu vurğulayan kansler, “biz bir yerdə yazılanların hamısına inanmamağı yenidən öyrənməliyik. Əvvəllər kimsə hardasa boş-boş danışırdısa, hər kəs bu cəfəngiyatdır deyərdilər. Bu gün o, internetə girir, onun kimi düşünən bir dəstə adam tapır və özünü haqlı hesab edir, amma bu yenə də boşboğazlıqdır”, – deyib.
Almaniya kansleri ənənəvi medianın rolunun yenidən əhəmiyyət kəsb etdiyini ifadə edərək, “onlar məlumatın doğru və ya yalan olduğunu araşdıran ekspertlərdir. Bu da “ehtiyatlı tənqidə icazə versəniz, sosial media pulsuz və rəqabətə davam gətirməsi üçün hər zamankindən daha yaxşı olmalıdır” mənasına gəlir”, – dəyərləndirməsini edib.