Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:32 | 23 iyul 2024 | Çərşənbə axşamı
Məqaləyə 313 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Co Baydenin noyabrda prezidentlik yarışından imtina etməsi və onun müavini Kəmalə Harrislə əvəzlənməsi bütün dünyada rezonans yaratmaqda və qəzet başlıqlarını bəzəməkdə davam edir. Bu geri çəkilmənin əks-sədası hələ də davam edərkən Demokratlar Partiyası ilə bağlı çox təəccüblü bir iddia gündəmə bomba kimi düşüb. ABŞ mətbuatında yer alan bir xəbər Demokratlar Partiyası daxilində “şantaj” iddiası ilə sözün əsl mənasında yenidən cəhənnəm qopdu.
***
“Tələsik prezidentin yenidən seçilmək istəməsini dayandırmaq üçün yaxşı təşkil edilmiş “saray çevrilişi” həftələrdir ki, həyata keçirilirdi, lakin Bayden hər addımda buna qarşı mübarizə aparır, namizədlikdə israrından əl çəkmirdi”, – Bayden ailəsi “The Posta” bildirib.
“The Post”a danışan mənbələrə görə, Demokratlar Partiyasının ən yüksək səviyyələrində olan şəxslər Co Bayden istefa vermədiyi təqdirdə onu vəzifəsindən zorla uzaqlaşdıracaqları ilə hədələyiblər.
Əslində, bu anonim mənbələr deyirlər ki, partiya üzvlərinin artan təzyiqləri Baydenin nümayiş etdirdiyi qəzəbi, paranoyanı və məyusluğu açıq şəkildə ortaya qoyur.
***
Hesabata görə, Baydeni yarışdan kənarlaşdırmaq üçün “müxtəlif” strategiyanın bir hissəsi, fiasko ilə bitəcəyi məlum idi. Ona görə də canlı televiziyada Respublikaçı namizəd Donald Trampa uduzsun deyə Baydeni debata çıxmağa məcbur etdilər. Belə desək, Baydenin “sonunu hazırlayan” bu debatdakı çıxışı olub.
“The Post”un hesabatında diqqəti çəkən iddialarla çıxış edən Demokrat Partiya üzvü, ən az iki ildir Baydenin “tənəzzülə uğradığı”nı bilinirdi: “Bir neçə il əvvəl onu görəndə vəziyyət qorxulu idi. O, sadəcə şüarları təkrarlayırdı və mənim kim olduğumu bilmirdi”.
***
“Bu canlı yayım demokratları prezidentliyə namizəd ola bilməyəcəyinə inandırmaq üçün tələ idi”, – Demokratlar Partiyasından bir mənbə “The Post”a deyib.
Onun geri çəkilməsinə çağırışlar artdıqca, Bayden davam edəcəyini israr etdi, lakin partiya rəsmiləri Baydeni ABŞ Konstitusiyasına 25-ci Düzəlişdən istifadə etməklə hədələyəyiblər: “Yaxşısı budur özün get, yoxsa...”.
Bu bənd vitse-prezident və kabinet üzvlərinə Baydeni vəzifəyə yararsız elan etməyə və onu istefaya məcbur etməyə imkan verir.
Bayden yarışdan geri çəkilərkən Kamala Harrisə işarə etsə də, pərdə arxasında demokrat nümayəndələrin avqustda keçiriləcək Demokratik Milli Konvensiyada Arizona senatoru və keçmiş astronavt Mark Kellini prezidentliyə namizəd kimi dəstəkləməyə güclü şəkildə təşviq ediləcəyi deyilir.