Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
23:07 | 28 iyul 2024 | Bazar
Məqaləyə 582 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Bu ayın əvvəlində Vaşinqtonda keçirilən NATO Sammiti öncəsi ABŞ və Almaniya birgə bəyanat verərək 2026-cı ildən etibarən ABŞ-ın Tomaqavk qanadlı raketləri və digər uzaqmənzilli silahlarının Almaniyaya yerləşdiriləcəyini açıqlamışdı.
Avropada uzaqmənzilli silahların yerləşdirilməsinin ABŞ-ın NATO-ya bağlılığını və Avropanın çəkindirməsinə verdiyi töhfəni göstərdiyinə diqqət çəkən bəyanatda bunların “SM-6”, Tomaqavk raketləri və hazırda inkişaf mərhələsində olan hipersəs silahları olacağı ifadə edilib.
***
ABŞ sonuncu dəfə 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi. Rusiyanın bu addıma reaksiyası sərt olub. Xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın məsələyə cavabının sərt olacağını açıqlayıb.
***
Rusiya prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Sankt-Peterburqdadır. O, Sankt-Peterburqda keçirilən mərasimdə açıq şəkildə ABŞ və Almaniyaya xəbərdarlıq edib.
Bu addımın Soyuq Müharibəyə bənzər raket böhranı riski daşıdığını bildirən Rusiya prezidenti, “gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq. ABŞ-ın, onun Avropadakı və dünyanın digər yerlərindəki peyklərinin hərəkətlərini nəzərə alaraq, güzgü tədbirləri görəcəyik”, – deyib.
***
ABŞ-ın gərginliyi artırdığını, Danimarka və Filippinə “Typhon” raket sistemləri göndərdiyini deyən Putin, Pentaqonun planlarını NATO-nun 1979-cu ildə Qərbi Avropaya “Pershing-2” raket sistemləri yerləşdirmək qərarı ilə müqayisə edib və “Bu vəziyyət Amerikanın Avropaya orta mənzilli “Pershing” raketləri yerləşdirilməsi ilə üst-üstə düşür. Bu, bizə Soyuq Müharibə dövründəki hadisələri xatırladır”, – deyib.
Putin öz çıxışında əvvəlki xəbərdarlığını təkrar edərək deyib ki, ABŞ Avropa və Asiyaya oxşar raketlər gətirərsə, Moskva orta və qısa mənzilli nüvə qabiliyyətli raketlərin istehsalına yenidən başlaya və bu raketləri harada yerləşdirməyi yenidən nəzərdən keçirə bilər.
Tomaqavk nədir, takiti-texniki xüsusiyyətləri nədən ibarətdir?
Tomaqavk və ya “BGM-109 Tomahawk” (tam adı: “Tomahawk Land Attack Cruise Missile, TLAM”) strateji qanadlı raketdir.
Müxtəlif növlər var: dənizdən quruya, sualtı qayıqdan quruya, qurudan quruya və dənizdən dənizə (fərqli aktiv radar istiqamətləndirmə alt sistemindən istifadə etməklə) atıla bilir.
Tomaqavk raketləri ilk dəfə 1991-ci ildə Birinci Körfəz Müharibəsində İraq hədəflərinə qarşı istifadə edilib. Körfəz müharibəsi gəmilərdən atılan Tomaqavk ilə başlayıb. ABŞ-ın yalnız İngiltərəyə satdığı bu raketlər 1100 kilometr mənzilə malikdir. Raketin ümumi çəkisi 1600, döyüş başlığı isə 450 kiloqramdır. Tomaqavk öz hədəflərini hərbi peyklərdən alınan həssas məlumatlardan istifadə edərək tapır.
Tomaqavk zirehdələn, parçalanmış və ya nüvə başlıqları daşıya bilir. Dördüncü nəsil raketlərdə hərəkət edən hədəfləri də izləmək və vurmaq olur. Buna ağıllı raket deyilir. Çünki o, alçaq hündürlükdən yerə paralel hərəkət edir, maneələri dolaşır və radar tərəfindən aşkarlanmır.