Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
09:39 | 30 iyul 2024 | Çərşənbə axşamı
Məqaləyə 802 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniya Şengen vizası üçün müraciət edən türklərə həftələr sonra randevu verdiyi halda, Almaniyanın diplomatik nümayəndəliklərinin Federal Xarici İşlər Nazirliyinin əmri ilə saxta sənədlər qəbul edərək Əfqanıstan, Suriya və Türkiyədə çox sayda insana viza verdiyi iddia edildi.
Həftəlik “Focus” jurnalında çıxan xəbər əsasında hərəkətə keçən Berlin və Kotbus prokurorluqları Federal Xarici İşlər Nazirliyindən Almaniyanın səfirlik və konsulluqlarına bu əmrin kimin verdiyini araşdırmağa başlayıb. Pakistandan və bəzi Afrika ölkələrindən Almaniyaya eyni üsulla gələnlərin olduğu da iddia edilib.
***
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü “Vizaların verilməsində qanunlara və qaydalara əməl olunur” deyərkən, “saxta sənədlərlə uyğun olmayan viza” ittihamları və araşdırmaların cəmi 19 əməliyyatı əhatə etdiyini bildirərək, “Biz bu barədə danışa bilmərik”, – deyib. Bununla belə, Berlin və Kottbus prokurorluqlarının araşdırmalarının daha çox viza prosedurlarını əhatə etdiyi də açıqlanıb.
***
2021-ci ildə Taliban Kabildə hakimiyyəti ələ keçirdikdən sonra Almaniyanın Əfqanıstandakı diplomatik nümayəndəliklərində çalışan əfqanların ailələri ilə birlikdə vizasız və ya pasportsuz Almaniyaya gətirildiyi xatırladılıb və son vaxtlar “viza korrupsiyası” ilə bağlı ittihamlara da diqqət çəkilib.
***
Bildirilib ki, Almaniya bu ilin ilk altı ayında ölkəyə ixtisaslı kadr kimi gəlmək istəyən 80 min nəfərə viza verib. Alman xəbər agentliyinin Almaniya Xarici İşlər Nazirliyindən əldə etdiyi məlumatlara görə, müraciətlərin 40 min nəfəri ixtisaslı kadrlardır. Bildirilib ki, bütün 2023-cü ildə Xarici İşlər Nazirliyi məşğulluq məqsədi ilə 157 mindən çox viza verib və onlardan 79 mini ixtisaslı işçidir. Bununla belə, rəqəmlərin Almaniyada ehtiyac duyulan işçi qüvvəsindən aşağı olduğu da qeyd edilib.