ABŞ-də tarixi fürsət
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
16:19 | 30 iyul 2024 | Çərşənbə axşamı
Məqaləyə 628 dəfə baxılıb
Şriftin ölçüsü
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
İsrail-Livan sərhədindəki gərginlik Qəzza müharibəsindəki qarşıdurmalarla daha da artıb. Şənbə günü raketin Məcdel Şəms qəsəbəsinə düşməsi ilə İsrail və “Hizbullah” terror təşkilatı arasında hərtərəfli müharibə ehtimalı güclənib.
Baş verən insidentdə azı 12 uşaq ölüb. İsrailin fövqəladə yardım xidməti – Davudun Qırmızı Ulduzu 35 yaralıdan 17-nin vəziyyətinin ağır olduğunu bildirib.
İsrail ordusu əsasən druzların yaşadığı şəhərin futbol meydançasına düşən İran istehsalı raketin yalnız Livan “Hizbullahı”nın inventarında olduğunu iddia etmişdi. “Hizbullah” isə Məcdel Şəmsə hücum etmədiklərini və “hadisə ilə heç bir əlaqəsinin olmadığını” iddia edib.
İsrail ordusu ilə Livan “Hizbullah”ı arasında qarşılıqlı hücumlar şənbə günündən intensivləşsə də, Qərb mediası mümkün ssenariləri araşdırıb.
İsrailin hansı variantları var?
Fransanın AFP xəbər agentliyinə danışan İsraildə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Orna Mizrahi Tel-Əviv rəhbərliyinin “Hizbullah”a indiyə qədər etdiyindən daha güclü hücumla cavab verə biləcəyini iddia edib: “Bu hücum “Hizbullah” tərəfindən nəzarət altında saxlanıla biləcək səviyyədə olacaq və hərtərəfli müharibəyə çevrilməsinin qarşısı alınacaq.
Parisdə yerləşən Fransa Xarici Əlaqələr İnstitutundan Jan-Lup Samaan İsrailin qisas üçün hədəf seçməsinin çox vacib olacağını vurğulayır: “Onlar Beyrutu hədəf alacaqlar, yoxsa indiyə qədər etdikləri kimi hücumları Livanın cənubu ilə məhdudlaşdıracaqlar?”, – deyə sual edir.
Samaan iddia edir ki, Tel-Əviv administrasiyası hələlik Livanın cənubundakı Hizbullah mövqelərini aşacaq bir hücum təşkil etmək niyyətində deyil.
Quru əməliyyatı təşkil olunacaqmı?
Mizrahi və Samaan deyirlər ki, İsrail ordusunun Livanın cənubunda quru əməliyyatına başlayacağı ehtimalı azdır. Bəhreyndə yerləşən “Le Beck International” təhlükəsizlik və risk idarəçiliyindən Mixael Horovitz (Michael Horowitz) quru əməliyyatı ssenarisinin ən təhlükəli variant olacağına diqqət çəkir: “Bu, ən riskli və gözlənilməz ssenaridir, çünki İsrail qüvvələrinin quru əməliyyatına başlaması daha heç kimin geri addım atmayacağı anlamına gəlir”.
Qəzza müharibəsinə necə təsir edir?
ABŞ-da yerləşən Yəhudi Teleqraf Agentliyinin (JTA) təhlilində qeyd olunur ki, həm “Hizbullah”, həm də İsrail sərhəddə toplaşır. Təhlil göstərir ki, Hizbullah təxminən 30 min döyüşçüsü və 150 min raketi ilə “HƏMAS”dan çox daha böyük qüvvədir.
Mümkün müharibə ssenarisində vəziyyətin tez bir zamanda nəzarətdən çıxa biləcəyi və “İsrail üçün demək olar ki, təhlükəsiz sığınacaq qalmayacağı” ifadə edilir: “Livanda daha genişmiqyaslı müharibə həm də İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlardan bir qədər uzaqlaşacağı anlamına gələcək. Qəzza müharibəsində atəşkəs üçün danışıqlar davam edir, lakin İsrailin Livana qarşı əməliyyatı atəşkəs ehtimalını çətinləşdirəcək”.
Bəs diplomatik proses?
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi bazar günü verdiyi açıqlamada “Hizbullah”ı Məcdel Şəms hücumuna görə məsuliyyət daşıdığını deyib: “Biz hələ də diplomatiya üçün vaxt və zəmin olduğuna inanırıq”.
Horovitz AFP-yə verdiyi qiymətləndirmədə aşağıdakı şərhləri bölüşür: “İsrail, xüsusilə “Hizbullah”a gəldikdə ABŞ-ın fikirlərini dinləməli və nəzərə almalıdır, çünki münaqişə kəskinləşərsə, Vaşinqton İsraili dəstəkləmək üçün müdaxilə etməli ola bilər”.
AFP-nin paylaşdığı rəqəmlərə görə, oktyabrın 7-də Qəzza müharibəsi başlayandan bəri Livanda təxminən 529 nəfər həlak olub. Onlardan 104-nün mülki, qalanlarının isə “Hizbullah” döyüşçüləri olduğu bildirilib.
İsrail tərəfində isə 24 mülki vətəndaş və 22 əsgərin həlak olduğu bildirilib.