Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
07:14 | 30 avqust 2024 | Cümə
Məqaləyə 403 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Almaniya qeyri-qanuni mühacirlərə qarşı sərt tədbirlər gördü. Avropa Birliyi (AB) üzvü olan dövlətə daxil olub, sonra Almaniyaya gələnlərə artıq maaş verilməyəcək. Bu insanlar sığınacaqları qəbul edildikdən sonra ölkələrinə qayıtsalar, sığınacaq hüquqlarını itirəcəklər.
Almaniya hökuməti sığınacaq siyasətini dəyişmək qərarına gəlib və ölkədən sığınacaq istəyən bir mühacirin ölkəsinə səfərini “sığınacaqların azalmasının səbəbi” kimi qiymətləndirib.
Buna uyğun olaraq, Türkiyədən gəlib sığınacaq istəyən şəxs yenidən Türkiyəyə girib-çıxmağa başlasa, sığınacaq haqqını itirəcək. Eyni qərar suriyalılar, əfqanlar, iraqlılar və digər ölkələrdən gələnlər üçün də tətbiq olunacaq.
Dünənki görüşdə hökumət tərəfdaşları Almaniyaya daxil olmazdan əvvəl başqa ölkədə qeydiyyatdan keçmiş sığınacaq axtaranların geri qaytarılmasının asanlaşdırılacağını vurğulayıblar.
Ölkədə yarım milyona yaxın qaçqın var və onların 100 mini türkdür.
***
Türklərin çoxu Bolqarıstan, Polşa, Yunanıstan, Xorvatiya və Avstriyadan gəldiyi üçün yenidən oraya göndəriləcək və oradan Türkiyəyə qaytarılacaq.
Solingen hücumundan sonra alınan bu qərarlar müxalifəti hələ də qane etməyib. Hökumət isə qərarı ifrat sağın yüksəlişinə qarşı həll yolu kimi görünür.
SPD-Liberallar və Yaşıllar hökumətinin fövqəladə vəziyyət üçün müxalifətlə görüşdən əvvəl qəbul etdiyi qərarlar belə idi: “İlk ayaq basdıqları AB ölkəsində qeydiyyatda olan immiqrant ora qaytarılacaq və sığınacaq prosedurları orada həll olunacaq. Bu şəxslərə maddi yardım edilməyəcək və onlara ödəniş kartı verilməyəcək. Yalnız təcili humanitar ehtiyaclar, yəni sığınacaq, yemək və içki və gigiyena ehtiyacları təmin ediləcək. Beləliklə, qanunsuz və insan alverçilərinin ölkələrinə pul köçürməsinin qarşısı alınacaq”.
***
Almaniya polisi immiqrantların rəqəmsal məlumatlarına nəzarət edəcək və yoxlamaları gücləndirəcək. Barmaq izləri də yoxlanılacaq. Qatar stansiyalarında daha sərt nəzarət olacaq.
***
Sığınacaq və ya qorunma hüququ almış və prosedurları hələ də davam edən şəxslər ölkələrinə qayıtdıqları təqdirdə sığınacaq statusunu itirəcəklər. Onlara yalnız fövqəladə hallarda, məsələn, qohumunun dəfni üçün öz ölkələrinə qayıtmağa icazə veriləcək.
***
Qaçqınları ilk gəldikləri AB ölkəsinə daha tez və asan göndərmək üçün “Dublin Sazişinin İcrası İşçi Qrupu” yaradılıb. Bundan əlavə, Avropa Sığınacaq İslahatı digər AB ölkələrinə qaçqınları daha asan geri qaytarmaq imkanı vermək üçün genişləndiriləcək.
***
Tədbir, festival, bazar, yarmarka, idman yarışları və sərgilər kimi tədbirlərdə bıçaq gəzdirmək tamamilə qadağan ediləcək, onları gəzdirməyə görə cəza ağırlaşdırılacaq.
***
İnternet və sosial media vasitəsilə dini təbliğata qarşı tədbirlər görüləcək. Bundan əlavə, Avropa dəyərlərinə, kişi və qadın bərabərliyinə qarşı çıxanlara və ya antisemitizmə dair nəşrlər daha ciddi şəkildə yoxlanılacaq.