Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:16 | 21 yanvar 2025 | Çərşənbə axşamı
Məqaləyə 568 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ prezidenti Donald Tramp vəzifəyə başlayan kimi Oval Ofisdə bir çox sərəncam imzalayıb. O, həmin vaxt keçirilən mərasimdə gündəmlə bağlı mətbuat mənsublarına qısa açıqlamalar verib.
Seçki kampaniyası zamanı Ukrayna müharibəsini 24 saata bitirəcəyini iddia edən Tramp mövzu ilə bağlı belə danışıb: “Çalışacağıq ki, mümkün qədər tez yekunlaşdıraq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında müharibə heç vaxt başlamamalı idi”.
78 yaşlı siyasətçi yaxın vaxtlarda Putinlə görüşəcəyini deyib və əlavə edib ki, “Mən onunla çox yaxşı anlaşıram”. Tramp həmçinin görüşün tarixinin hələ dəqiqləşmədiyini bildirib.
O əlavə edib ki, danışıqlar prosesinə hazırlıq gedir və onlar başa çatdıqdan sonra 72 yaşlı Rusiya lideri ilə görüşməyi planlaşdırır.
ABŞ prezidenti ukraynalı həmkarı Vladimir Zelenskinin razılığa gəlməkdə maraqlı olduğunu bildirib.
Tramp Putinə işarə edərək, “Düşünürəm ki, o, razılaşmaya getməyərək Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiya böyük bəlaya düçar olacaq. Onların iqtisadiyyatına və inflyasiyasına baxın. Ümid edirəm ki, onlar da razılaşmaq istəyirlər. Bir çox insanlar müharibənin bir müddət sonra bitəcəyini düşünürdülər, amma üç il keçdi”, – deyib.
Trampın dövlət katibi olacağını açıqladığı Marko Rubio da dünənki açıqlamasında “təcavüzkar” tərəfin Rusiya olduğunu bildirib.
Jurnalistlərə açıqlama verən Rubio, sülh üçün qəti bir tarix verə bilmədiyini, ancaq razılaşma üçün hər iki tərəfin güzəştə getməsi lazım olduğunu vurğulayıb.
2022-ci ilin fevralında başlayan müharibə həm iqtisadi, həm də demoqrafik baxımdan hər iki ölkəyə böyük ziyan vurub.
Vladimir Zelenski dekabrın 8-də bəyan edib ki, Ukrayna 2022-ci ilin fevralından bu yana 43 min əsgər itirib.
Təxminən 370.000 Ukrayna əsgərinin yaralandığı, minlərlə əsgərin isə ən azı bir əzasını itirdiyi təxmin edilir.
BBC Rusiya xəbər verir ki, Moskva naminə döyüşlərdə həlak olanların sayı 89 minə yaxındır.