İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:38 | 21 yanvar 2025 | Çərşənbə axşamı
Məqaləyə 699 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin baş naziri Benyamin Netanyahu dekabr 14-də İranla bağlı açıqlamasında, “Bir il əvvəl mən Yaxın Şərqin simasını dəyişəcəyimizi demişdim və həqiqətən də biz bunu edirik. Nə Suriya, nə Livan, nə də ki Qəzza əvvəlki deyil. Heç müqavimət oxunun başında dayanan İran da əvvəlki deyil. İran da bizim odumuzun gücünü hiss etdi”, – demişdi.
Bəli, İsrail İranın qol-qanadını qırıb. Məsələn, “Hizbullah” terror təşkilatının yeni baş katibi Naim Qasim etiraf edib ki, “Hizbullah İrandan göndərdiyi və Suriyadan keçən hərbi təchizat yolunu itirib”.
İranın “Hizbullah” və “HƏMAS” terror təşkilatlarını yenidən dirçəltməsi, Suriyada ələviləri (şiələri) yenidən iqtidara gətirməsi müşkül işdir.
Ancaq orası da var ki, Bəşər Əsədə bağlı hərbi güclərin bir hissəsi İraqa keçib. Suriya, Livan və Qəzzaya nəzarəti birdəfəlik itirsə də, İran hələ də Yəmən və İraqda at oynatmaqdadır. Kimsə deyə bilər ki, İsrail və ABŞ, bəzən Böyük Britaniya da Yəmənin husi üsyançılarına zərbələr endirir. Amma Səudiyyə Ərəbistanı kimi onların da endirdiyi zərbələr gözlənilən nəticəni vermir.
Bayden administrasiyası Netanyahu hökumətinin anti-İran siyasətinə lazımı dəstəyi vermirdi. Ancaq Tramp bu məsələdə bütün gücü ilə birmənalı olaraq İsrailin yanındadır. Bu isə o deməkdir ki, tezliklə İranı vurması gözlənilən İsrail xüsusən nüvə obyektlərini sıradan çıxarmağa çalışacaq.
İranın Yaxın Şərqdə mövqeyinin zəifləməsi əksər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanır. Niyə? Çünki İslam dünyasının 85-88 faizi sünni məzhəbidir. Yəni İran Yaxın Şərqdə dini azlıq olan şiələri təmsil edir. Elə ona görə də Səudiyyə Ərəbistanı başda olmaqla əksər ərəb ölkələri proseslərin bu gedişindən məmnundur. Xüsusən İranın Suriyadan qovulması sünnilər tərəfindən rəğbətlə qarşılandı. Çünki Suriyada əhalinin 80 faizi sünnidir. Ancaq əhalinin 10 faizini təmsil edən ələvilər az qala 50 il idi ki, iqtidara nəzarət edirdi.
Reallıq belədir ki, dini kimlik məsələsi İslam Dünyasında xüsusi önəm daşıyır. Məsələn, 7-8 il əvvəl Bəhreyn Krallığında şiələr sünnilərdən çox idi. Ona görə də İran Bəhreyndə sünni monarxiyanı devirərək iqtidara şiələrin gəlməsinə çalışırdı. Təbii ki, Səudiyyə Ərəbistanı buna imkan vermədi. Son illərdə isə Bəhreyn krallığı ancaq sünni yabançı işçilərə ölkəyə daxil olmağa və işləməyə şərait yaradır. Nəticədə cəmi 7-8 il ərazində Bəhreyndə sünnilərin sayı şiələri üstələyib.
İran başa düşür ki, İsrail istənilən vaxt ABŞ-ın dəstəyi ilə hərbi kampaniyaya başlaya bilər. Ona görə də hərbi baxımdan gözlənilən təhlükələrə hazır olmağa çalışır. Belə ki, yanvarın 3-dən etibarən (həmin gün SEPAH-ın komandanı terrorçubaşı Qasim Süleymanini məhv edildiyi gündür – Vaxt.az) İran irimiqyaslı hərbi təlimlərə başlayıb. Quruda, suda, havada düşmənin şərti hədəflərini sıradan çıxarmaqla məşğuldurlar.
Ərazi baxımından kiçik olsa da, texniki baxımdan İsrail İrandan qat-qat güclü ölkədir. Ona görə də İranın bu savaşdan qələbə ilə çıxmaq şansı sıfırın altındadır. Amerikanın, bütövlükdə Qərbin, bir sıra ərəb ölkələrinin isə gizli dəstəyini alan İsrailin xüsusən havada dominantlıq etməsi gözlənilir...
Şübhəsiz ki, İranın böyük müharibəyə cəlb olunması Azərbaycanı, eləcə də Türkiyəni hərəkətə keçməyə məcbur edəcək. Təəssüf ki, bizim coğrafiya dərin ziddiyyətlər səbəbindən aram tapa bilmir.