Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
09:26 | 30 yanvar 2025 | Cümə axşamı
Məqaləyə 516 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniya parlamenti Bundestaqda ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətinin qadağan edilməsi təklifi müzakirə olunacaq. Fevralın 23-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində Bundestaqda səsvermənin nəticəsi və Federal Konstitusiya Məhkəməsinin qərarı Almaniyada demokratiya və sağçı ekstremizmlə mübarizə baxımından kritik dönüş nöqtəsi olacaq. Bu prosesin yaxın günlərdə necə gedəcəyi maraqla gözlənilir.
Noyabr ayında 124 millət vəkili tərəfindən təqdim edilən vəsatətdə AfD-nin konstitusiyaya zidd olduğunu elan etmək və onu dövlət yardımından məhrum etmək üçün Federal Konstitusiya Məhkəməsinə müraciət edilməsi tələb olunur. Təklif SPD, CDU, Yaşıllar, Sol Partiya və SSW-dən olan deputatların dəstəyini qazanıb. Bundestaqda kifayət qədər dəstək alınarsa, proses Federal Konstitusiya Məhkəməsinə verilə bilər. SPD-dən olan deputat Karmen Veqqe: “Bundestaq Karlsruheyə yol açmalıdır! Mən bütün deputatları demokratiyamız üçün təhlükəni dərk etməyə çağırıram!” O, verdiyi açıqlamalarla təklifin əhəmiyyətini vurğulayıb.
Təklifi dəstəkləyən deputatlar deyirlər ki, AfD getdikcə daha radikallaşır və konstitusiyaya zidd bir xətt izləyir. CDU üzvü Marko Vandervitz partiyanın Nasist Almaniyası dövrü ilə bağlı tarixi revizionizmə üz tutduğunu bildirərkən, Yaşıllar Partiyasının üzvü Till Steffen də AfD-nin qadağan edilməsinin zəruriliyini dilə gətirərək, “AfD hamının gözü qarşısında radikallaşmağa davam edir” dedi. Sol Partiyadan olan deputat Martina Renner isə AfD-nin anti-demokratik və anti-konstitusiya partiyası olduğunu müdafiə edərək, “Bu son fürsətdən istifadə edilməli və Bundestaq hərəkətə keçməlidir”, – deyib.
Almaniyada siyasi partiyanın fəaliyyətini qadağan etmək üçün Federal Konstitusiya Məhkəməsi işə qarışmalıdır.
Konstitusiyanın 21-ci maddəsinə əsasən, “azad və demokratik əsas nizamı pozmağa və ya ləğv etməyə çalışan partiyalar konstitusiyaya zidd elan edilə bilər”. Bununla belə, Federal Konstitusiya Məhkəməsi ifrat sağçı NPD-nin 2017-ci ildə onu bağlamaq tələbini rədd edərək, qadağan olunmuş bir partiyanın “aktiv döyüşçü-aqressiv münasibət” nümayiş etdirməsi lazım olduğuna qərar verbi. AfD üçün də analoji qərarın verilib-verilməyəcəyi maraq doğurur.
AfD-nin qadağan edilməsində ehtiyatlı davranan deputatlar da var. CDU-dan Torsten Frey deyib ki, qadağa prosesi AfD üçün qurbanlıq hissi yarada və partiyanın dəstək bazasını daha da gücləndirə bilər. Yaşıllar Partiyasından Renat Künast müstəqil ekspertlərin əvvəlcə AfD-nin qadağan edilməsinin hüquqi və siyasi nəticələrini araşdırmasını təklif edir.
Son seçki sorğularına görə, AfD-nin səs payı 20 faiz civarındadır və partiya Almaniyanın ikinci ən güclü siyasi qüvvəsidir. Fevralın 23-də keçiriləcək növbədənkənar seçkilər öncəsi Bundestaqda atılan addımlar Almaniyada seçici tendensiyalarına və siyasi tarazlığa böyük təsir göstərə bilər. AfD-nin qadağan edilməsi prosesi təkcə partiyanın gələcəyini deyil, həm də Almaniyadakı siyasi atmosferi müəyyən edə bilər.