Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:46 | 14 fevral 2025 | Cümə
Məqaləyə 434 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Qərb kəşfiyyat rəsmiləri İranın Çinin dəstəyi ilə ballistik raket proqramını canlandırdığını iddia edirlər. Adının açıqlanmasını istəməyən CNN-ə danışan Avropa kəşfiyyat rəsmiləri bildiriblər ki, raketlərdə bərk yanacaq kimi istifadə edilən kimyəvi maddə olan 1000 ton natrium perklorat daşıyan gəmi Çindən İrana doğru gedir.
Bildirilir ki, “Qolbon” adlı yük gəmisi təxminən 3 həftə əvvəl Çinin Cianqsu əyalətindəki Taicanq limanından yola düşərək, dünən İranın Bəndər Abbas şəhərinə çatıb.
Mənbələr bildirir ki, bu kimyəvi maddə ilə istehsal olunan bərk yanacaq təxminən 260 “Xeyber-Şəkan” və ya 200 “Həcc Qasim” raketini atmağa kifayət edəcək. Hər iki ballistik raket təxminən 1450 kilometr uçuş məsafəsinə malikdir.
Qəzza müharibəsi səbəbiylə artan gərginlikdə İsrail və İran arasında da qarşılıqlı hücumlar olub. İsrail ordusu oktyabr ayında İranın raket istehsalı obyektlərinə zərbələr endirib. CNN-in hesabatında iddia edilir ki, Tehran Çindən gələn kimyəvi maddələrlə raket proqramını yenidən aktivləşdirə bilər.
Kimyəvi maddələrin İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı bölmə tərəfindən qəbul edildiyi bildirilir.
Həmçinin bildirilir ki, “Ceyran” adlı daha bir yük gəmisinin də Çindən İrana getməsi gözlənilir. Bu gəminin də oxşar kimyəvi maddələr daşıya biləcəyi ehtimal edilir. Bildirilir ki, hər iki gəmi Tehran administrasiyasına aid olan İranın Dəniz Gəmiçiliyi şirkəti tərəfindən idarə olunur. Bu şirkət ABŞ və Böyük Britaniya tərəfindən sanksiya siyahısına salınıb.
Hesabatda həmçinin qeyd edilir ki, bu maddələrin tədarükü qanunsuz deyil və İrana qarşı sanksiyaları pozmur. Lakin “Qolbon” və “Ceyran” yük gəmiləri ABŞ tərəfindən sanksiya siyahısına salınıb.
Çin Xarici İşlər Nazirliyi verdiyi açıqlamada çatdırılmanın “təfərrüatları haqqında heç bir məlumatı olmadığını” bildirib və İrana qarşı tətbiq edilən sanksiyaları “birtərəfli və qeyri-qanuni” adlandırıb.
Digər tərəfdən, Amerika kəşfiyyatının bu həftə açıqladığı hesabatda İsrailin yaxın aylarda İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırdığı iddia edilib. Son zamanlar İranın hərbi infrastrukturunun “zəiflədiyi” və İsrailin bu vəziyyətdən istifadə etməyə çalışdığı bildirilib.