Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:21 | 14 fevral 2025 | Cümə
Məqaləyə 459 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinə son qoymaq üçün gözlənilən sülh danışıqlarında Ukraynanın da iştirak edəcəyini açıqlayıb və müharibənin indi bitməli olduğunu bildirib.
Tramp həmçinin ABŞ-ın müdafiə naziri Pit Heqsetin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı fikirlərini düzgün hesab etdiyini bildirib. Heqset bəyan edib ki, Ukrayna NATO-ya üzv olmamalıdır.
Tramp isə müdafiə xərcləri ilə bağlı Rusiya və Çinlə konfrans keçirmək istədiyini ifadə edərək, nüvə silahına ehtiyac olmadığını vurğulayıb. Tramp müdafiə xərclərinin azaldılması ilə bağlı Çin və Rusiya ilə danışmaq istədiyini vurğulayıb.
Tramp bildirib ki, 2014-cü ildə Krımı işğal etdikdən sonra Böyük səkkizlikdən (G8) çıxarılan Rusiya yenidən birliyə daxil olmalıdır. “Rusiyanın geri qayıtmasını görməyə şad olardım. Düşünürəm ki, Putin də bunu görməkdən şad olardı. Obama və bəzi başqaları onları kənarlaşdırmaqla səhv etdilər. Onlar da masa arxasında olmalıdırlar”, – Tramp deyib.
***
Tramp elektron cihazların istehsalında strateji əhəmiyyət kəsb edən çiplərə də toxunub. Tayvanın çip istehsalını ABŞ-dan çıxarıldığını ifadə edən Tramp, bu sənayeni yenidən ABŞ-a gətirmək istədiklərini bildirib.
Donald Tramp ölkələrə qarşılıqlılıq əsasında tariflər tətbiq etmək planını əks etdirən sərəncam imzalayıb.
Tramp bu bəyanatı ABŞ ticarət əlaqələrində qarşılıqlı olmayan razılaşmalarla mübarizə üçün hərtərəfli planın işlənib hazırlanmasına yönəlmiş sərəncam imzaladıqdan sonra verib.
Ticarətdə ədaləti təmin etmək üçün qarşılıqlı tariflər tətbiq etmək qərarına gəldiyini ifadə edən Tramp, “hansı ölkə ABŞ-a nə tətbiq edirsə, biz də eyni cür davranacağıq”, – deyib.
Tramp ƏDV sistemindən istifadə edən ölkələrə müraciət edəcəklərini bildirib və bu sistemin tarifdən çox daha “cəzalandırıcı” olduğunu iddia edib: “ƏDV-yə tarif kimi baxılacaq”.
Ölkələr tərəfindən verilən subsidiyalara da baxılacağını ifadə edən Tramp, qeyri-pul tarifləri üçün də tənzimləmələr ediləcəyini bildirib.