Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
21:41 | 14 fevral 2025 | Cümə
Məqaləyə 442 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Qroznı səmasında vurulan Azərbaycan təyyarəsindən danışan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdlərinin olduğunu söyləyib.
O, bu məsələdə haqlıdır. Ancaq onun haqlılığı yarımçıq və qeyri-səmimi xarakter daşıyır. Çünki xanım Zaxarova Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdlərinin ilk növbədə Rusiyanın öz deputatları, politoloqları, tv-aparıcıları, blogerləri, hərbi ekspertləri tərəfindən edildiyini etiraf etməyib.
Zaxarova sadəcə ümumi və ünvansız sözlər söyləyib. Deyib ki, təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.
“Təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itiriblər. Bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq".
Əgər Zaxarova həqiqətən də bəzilərinin təyyarə qəzası üzərindən Rusiya-Azərbaycan münasibətlərini pisləşdirmək üçün istifadə etmələrini istəmirsə, o zaman buyursun öz “boss”u Lavrova, o da öz “patron”u Putinə desin ki, birinci növbədə son günlər gecə-gündüz dayanmadan Azərbaycanın ünvanına təhqirlər yağdıran, təhdidlər səsləndirən Rusiya propaqandistlərinin ağızlarını yummaq lazımdır.
Bəli, ilk addım bundan başlamalıdır. Daha sonra təyyarə faciəsinin günahkarları cəzalandırılmalı və faciə qurbanlarının ailələrinə də təzminat ödənilməlidir.
Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırılmasına Rusiya tərəfi ilk növbədə özündən başlamalı, öz üzərinə düşən öhdəlikləri səmimi şəkildə, əsl müttəfiq kimi yerinə yetirməlidir.
Məsələnin həlli, bax, bu qədər sadədir.