vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
Havanı avtomobil qazı qədər çirkləndirir 22:22 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Havanı avtomobil qazı qədər çirkləndirir

Alimlər təhlükəsiz görünən ətirli məhsullara qarşı xəbərdarlıq edirlər

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər müəyyən ediblər ki, ətirli şamlardan yayılan maddələr dizel avtomobillərinin işlənmiş qazı ilə rəqabət aparacaq səviyyədə havanı çirkləndirir.

Havanın çirklənməsi dedikdə adətən zavod bacalarından çıxan tüstü kimi misallar yada düşür. Bununla belə, çöldəki çirklənmə ilə yanaşı, qapalı havanın keyfiyyəti də sağlamlıq üçün vacibdir.

Birbaşa yandırılmadan istifadə edilən tüstüsüz ətirli şam tabletləri digər şamlardan daha təhlükəsizdir.

ABŞ-ın “Purdue” Universitetinin tədqiqatçıları bu iddiaların doğruluğunu yoxlamaq üçün araşdırma aparıblar.

Alimlər daxili havanın keyfiyyətini ölçən sensorlarla xüsusi hazırlanmış mühitdə çılpaq gözlə görülməyəcək qədər kiçik nanohissəciklərin əmələ gəlməsini izləyiblər.

Əvvəlki bir araşdırma, ətirli məhsullardan yayılan terpen adlanan birləşmələrin yeni nanohissəciklərin əmələ gəlməsinə təkan vermək üçün evdə ozonla qarşılıqlı əlaqədə olduğunu müəyyən edib. Terpenlər bitkilərə, otlara və mum tabletlərinə qoxu verən aromatik birləşmələrə aiddir.

Mütəxəssislər tərəfindən nəzərdən keçirilən və “Environmental Science & Technology Letters” jurnalında dərc edilən yeni araşdırma, mum tabletlərindən ayrılan terpenlərin qapalı hissəciklərin çirklənməsini əhəmiyyətli dərəcədə artırdığını müəyyən edib.

“Havada olan hissəciklərin qapalı məkanda necə əmələ gəldiyini anlamaq üçün ən kiçik nanohissəcikləri bir nanometrə qədər ölçmək lazımdır”, – deyə məqalənin müəlliflərindən biri Brandon Bur bildirib.

Bu miqyasda biz yeni hissəciklərin əmələ gəlməsinin ən erkən mərhələlərini müşahidə edə bilərik. Burada qoxular ozonla reaksiyaya girərək kiçik molekulyar klasterlər əmələ gətirir. Bu klasterlər daha sonra ətrafımızdakı havada sürətlə inkişaf edir və böyüyür.

Alimlər deyirlər ki, ətirli şam həblərinin qızdırılması daxili havadakı hissəciklərin, xüsusən də 100 nanometrdən kiçik hissəciklərin sayını əhəmiyyətli dərəcədə artırır.

Məlum olub ki, qapalı havada hissəciklərin sıxlığı ənənəvi şamlar, qaz sobaları və dizel avtomobil mühərriklərinin sıxlığına bənzəyir. Digər tərəfdən, qoxusuz mum tabletləri qızdırıldıqda ayrılan terpenlərin miqdarı az olub.

Tədqiqatın başqa bir müəllifi Nüsrət Cun, “Meşələr təmiz mühitdir, lakin siz evinizdə meşə yaratmaq üçün kimyəvi yolla istehsal olunan ətirlərlə doldurulmuş təmizlik və aromaterapiya məhsullarından istifadə edirsinizsə, əslində çox böyük miqdarda daxili hava çirkliliyi yaradırsınız və siz bununla nəfəs almamalısınız”, – deyib.

Digər tərəfdən elm adamları bu növ ətirli məhsulların havaya qarışdığı hissəciklərin zərərli olub-olmamasının dəqiq bilinmədiyini bildirir.

Bununla belə, Cun, "Araşdırmalarımız göstərir ki, ətirli məhsullar yalnız xoş qoxular yaymır, onlar daxili havanın kimyasını aktiv şəkildə dəyişdirir və sağlamlığa əhəmiyyətli təsir göstərə biləcək konsentrasiyalarda nanohissəciklərin meydana gəlməsinə səbəb olur”, – deyə qeyd edib.

Tədqiqatçılar ətirli şam tabletləri kimi məhsulların sağlamlığa və ətraf mühitə təsiri ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

Bundan əlavə, Cun qeyd edir ki, binaların ventilyasiya sistemi ətirli məhsulların təsirini nəzərə almaq üçün dizayn edilməlidir: “Yaşadığımız və işlədiyimiz binaların dizaynında və idarə olunmasında qapalı havanın keyfiyyəti çox vaxt diqqətdən kənarda qalır, lakin bu, sağlamlığımıza birbaşa təsir göstərir”.