
Havanı avtomobil qazı qədər çirkləndirir
Alimlər təhlükəsiz görünən ətirli məhsullara qarşı xəbərdarlıq edirlər
Alimlər təhlükəsiz görünən ətirli məhsullara qarşı xəbərdarlıq edirlər
«Faydalı axmaqlar» rolunda çıxış edən «beşinci kolon» bütöv ordudan da yaxşı işləyir
Elnur Aslanovla bağlı kəşfiyyat məlumatları yayıldı, MTN-in sualları olacaqmı?
Dostu jurnalisti hədələdi...
Elnur Aslanovun əsas kadrından bir cümləlik cavab
Bu «şou» uğursuz məzhəkədən başqa bir şey deyil
««Erməni» və ya «KQBşnik» dəbdən düşüb»
Azərbaycanın beyin mərkəzi ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib
Dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlanıb
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov nurçularla bağlı mətbuatda yayımlanan məlumatda adının hallanmasına münasibət bildirib.
«Qafqazinfo»ya daxil olan məlumatda deyilir ki, «Yeni Müsavat» qəzetinin 28 fevral tarixli sayında qeyri-mötəbər mənbə hesab olunan sosial şəbəkələrə istinadən dərc olunmuş «Prezident Administrasiyasında «gizli müxalifət» var?» başlıqlı məqalə tamamilə iftira xarakterlidir: «Həmin məqalədə adı çəkilən Mahir Zeynalov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı deyil və heç vaxt da olmayıb. Həmin məqaləni və orada yer alan cəfəngiyyatı radikal müxalifətin, onların havadarlarının Azərbaycanın ali hakimiyyət orqanlarına və ayrı-ayrı məmurlara qarşı apardıqları çirkin böhtan və ləkələmə kampaniyasının tərkib hissəsi hesab edirəm. Bu uydurmalar, bədxah fəaliyyət ilk növbədə Azərbaycan dövlətçiliyinə qarşı həm daxildə, həm də onun hüdudlarından kənarda mənfi münasibətin formalaşmasına hesablanan uğursuz cəhdlərdir.
SAM və onun kollektivi Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyinə sədaqətini, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqliyini sözdə deyil, əməli fəaliyyətində nümayiş etdirir. Azərbaycan Respublikasının daha da güclənməsi, qüdrətinin artması üçün həyata keçirdiyimiz genişmiqyaslı işlərə kölgə salmağa cəhd etmək istəyənlər səhv yolda olduqlarının fərqinə varmalıdır.
İşgüzar nüfuzumu zədələməyə hesablanan bu cür əsassız, sübut və dəlilsiz məlumatları mediaya ötürən və tirajlayan KİV-ləri məhkəməyə vermək hüququmu özümdə saxlayıram».