
“Tezliklə Trampla danışacağam”
Kanada baş nazirinin vəzifəyə gəldikdən sonra uzun müddət ABŞ prezidenti ilə əlaqə saxlamaması qeyri-adi haldır
Kanada baş nazirinin vəzifəyə gəldikdən sonra uzun müddət ABŞ prezidenti ilə əlaqə saxlamaması qeyri-adi haldır
Kanadanın Baş Naziri: “Biz Trampla görüşməyə hazırıq, ...”
Kanada ABŞ tətilini boykot edir; Trampın şərhləri ən böyük turist mənbəyini qurudur
Kanadanın Baş naziri Karni erkən seçkilərin keçirilməsinə çağırır
Qitədə yerləşməyən Kanada Avropa Birliyinə can atır
ABŞ-ın müdafiə asılılığını azaltmaq üçün ...
Kanada ABŞ-ın “F-35” layihəsindən çıxa bilər
Dövlət katibinin endiyi təyyarənin trapı qarşısına salınan xalı daha çox dəsmala oxşayıb
Ottava Dəməşqə səfir göndərəcək
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Trüdo son dəfə Kanadanın baş naziri kimi partiyasına müraciət edir
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Trüdo, Trampın tariflərini “axmaq bir şey” adlandırıb
Trampın tarifləri Meksika və Kanadanı çətin vəziyyətə saldı
2025-ci ilə silsilə aviasiya fəlakətləri ilə qədəm qoyan ABŞ qeyri-adi qəza ilə yenidən dünya gündəminə düşüb.
Kanadanın Ontario əyalətində hava limanına eniş edən “Delta Air Lines” sərnişin təyyarəsi qəzaya uğrayıb. ABŞ-ın Minnesota ştatının Minneapolis-Saint Paul Beynəlxalq Hava Limanından 76-sı sərnişin və 4-ü ekipaj olmaqla cəmi 80 nəfərlə havaya qalxan təyyarə təcili eniş zamanı tərs çevrilib.
Səlahiyyətlilər qəzada 18 nəfərin yaralandığını açıqlayıb. Qəzadan sonra sərnişinlər və ekipaj təyyarədən təxliyə edilərkən, eniş şassisi yanan təyyarəyə müdaxilə edildiyi bildirilib. Toronto Pearson Beynəlxalq Hava Limanının “X” rəsmi hesabında edilən bir paylaşımda, bütün sərnişinlərin və ekipajın təhlükəsiz şəkildə xilas edildiyi açıqlanıb. Hadisə ilə bağlı araşdırma başlayarkən, hava limanında bütün hava hərəkəti müvəqqəti olaraq dayandırılıb.
***
“Delta Air “Lines tərəfindən verilən açıqlamada qəzaya uğrayan “Bombardier CRJ-900” tipli təyyarənin şirkətə məxsus “Endeavour Air” tərəfindən idarə edildiyi və 4819 nömrəli Delta ilə birləşdirici uçuş həyata keçirdiyi qeyd edilib. “Delta Air Lines” baş direktoru Ed Bastian mövzu ilə bağlı verdiyi açıqlamada qəzadan zərər çəkənlərin yanında olduqlarını və “Delta” və “Endeavour” qruplarına və hadisə yerində ilk müdaxilə edənlərə təşəkkürümü bildirirəm”, – deyib. Qəzanın təfərrüatlarını təsdiqləməyə çalışdıqlarını vurğulayan Bastian, hadisəylə bağlı təfərrüatları ictimaiyyətlə paylaşacaqlarını bildirib.
***
Təyyarənin tərs çevrilməsinin görüntüləri sürətlə sosial mediada yayılsa da, bu gün təyyarənin içərisində olan sərnişinlərin görüntüləri və açıqlamaları ortaya çıxıb.
Sərnişinlərdən biri hətta təyyarədən yola salınmazdan əvvəl təhlükəsizlik kəməri ilə oturacağına bağlanaraq başıaşağı vəziyyətdə özünü çəkməyi bacarıb. Sərnişin Eşli Zuk “Snapchat”da, “Mənim təyyarəm qəzaya uğradı və mən başıaşağı oldum”, – yazıb .
Qəzadan sağ çıxan digər sərnişin Con Nelson isə dağıntılar altından qaçarkən həmin anları “Facebook”da paylaşıb. Qorxudan az qala nəfəsi kəsilən şəxsin paylaşdığı videoda “İndicə yerə düşdük. Təyyarəmiz qəzaya uğradı. Hazırda alt-üstdür”, – dediyi eşidilir.
***
Sosial şəbəkələrdə paylaşılan videolarda sərnişinlərin yanan təyyarədən tüstü qalxması ilə şoka düşdüyü görünür.
Pit Kukov adlı sərnişin təyyarədən çıxarıldığı anı lentə alarkən, “Aman Tanrım, biz sadəcə bu təyyarənin içində idik. Yerə çarpıldıq, sonra yan tərəfə getdik. Hamımız yarasa kimi başıaşağı asılmışdıq”, – deyib.
***
Bütün sərnişinlər təyyarənin sərt eniş etdiyini bildiriblər və bir sərnişin CNN-ə bildirib ki, o, təyyarənin pəncərəsindən bayıra baxanda alov topu görüb.
Sosial şəbəkələrdə paylaşılan təyyarənin qəzadan əvvəlki son görüntüləri sərnişinlərin dediklərini təsdiqləyir...