Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:09 | 22 fevral 2025 | Şənbə
Məqaləyə 334 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Trampın Kanadanın “51-ci ştat” olaraq ABŞ-ın tərkibinə daxil edilməsi ilə bağlı ritorikası iki ölkə arasında gərginliyə səbəb olub və bu arqumentin kanadalıları ABŞ-a qarşı birləşdirdiyi, xüsusən də xokkey matçları zamanı görülüb.
İki ölkə arasında keçirilən son xokkey matçı zamanı ortaya çıxan görüntülər və daha sonra sosial şəbəkələrdə edilən şərhlər Trampa qarşı etirazları nümayiş etdirib.
Kanadanın dünən axşam ABŞ-la xokkey oyununda qələbə qazanmasının ardından Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Piyerr Pualyevr “X” sosial media hesabında paylaşım edib: “Kanadanın oyunu. Kanadanın əfsanəsi. Əsl Şimal, güclü, azad və qızıl”.
Pualyevrin paylaşımı kanadalılardan sıx dəstək alarkən, bir çox sosial media istifadəçiləri paylaşdığı Kanadanın simvolu olan Kanada qazının ABŞ-ın simvolu olan ağbaş qartalı tapdalayan süni intellektlə görüntüləri diqqət çəkib.
Trampın tərəfdarları sosial mediada Trampın arqumentini təkrarlayaraq Kanadanın xokkey oyunundan başqa qürurlanacaq heç nəyi olmadığını iddia etdilər.
***
Dünən axşam keçirilən xokkey oyununda Trampın Kanadanı “51-ci ştat” adlandırması meydanda əks reaksiya ilə qarşılandı, oyundan əvvəl Kanada himnini oxuyan müğənni Çantal Kreviazuk vətənpərvərlikdən bəhs edən misradakı “hamımız” ifadəsini “yalnız bizim” ifadəsi ilə dəyişdi.
Müğənninin ictimaiyyətlə əlaqələr üzrə müşaviri, bu dəyişikliyin səbəbinin Trampın Kanadaya yönəlik açıqlamaları olduğunu bildirərkən, Kreviazuk da “Suveren bir millət özünü tiranlıq və faşizmə qarşı müdafiə etmək məcburiyyətində qalmamalıdır”, – deyib.
Kanadanın 3-2 qalib gəldiyi matçdan sonra Kanadanın baş naziri Castin Trüdo da “X” sosial media platformasında paylaşdığı paylaşımda Trampın “Ölkəmizi, matçımızı ala bilməzsiniz” ifadələrinə istinad edib.
Kanada mətbuatının yazdığına görə, Trampın “51-ci ştatımız olacaq” ifadəsi ilə Kanadada vətənpərvərlik artıb. Ötən həftə ölkənin “Bayraq Günü” bayramı üçün satılan Kanada bayraqlarının sayı keçən illə müqayisədə iki dəfə çox olub.
Trampın 25 faizlik vergi təhdidinə cavab olaraq insanları Kanada istehsalı olan məhsullar almağa təşviq etmək üçün sosial mediada yaradılan qruplara milyonlarla insanın qoşulduğu aşkarlanıb.
***
ABŞ prezidenti Tramp and içərək Ağ Evə girməzdən əvvəl dəfələrlə Kanadanın 51-ci ştat kimi ABŞ-ın tərkibinə daxil edilməli olduğunu iddia irəli sürmüşdü. Kanadalıların da ABŞ-ın bir hissəsi olmaq istədiyini iddia edən Tramp, Kanadanın baş naziri Castin Trüdo haqqında dəfələrlə “qubernator” ifadəsini işlədib.
Yanvarın 6-da Trüdo partiyasının yeni liderinin “daxili siyasi çəkişmələr” səbəbiylə seçilməsindən sonra vəzifəsindən istefa verəcəyini elan etdikdən sonra Tramp ABŞ-ın Kanadanı ayaqda saxlamaq üçün ticarət kəsirlərini daha saxlaya bilməyəcəyini və ölkə baş nazirinin bu səbəbdən istefa qərarını verəcəyini iddia etmişdi.
Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz rüsum tətbiq edəcəyini açıqlayan Tramp, daha sonra Meksika və Kanadaya tətbiq edəcəyi gömrük rüsumlarını 1 ay təxirə salıb.