Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:17 | 27 fevral 2025 | Cümə axşamı
Məqaləyə 444 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Sahibkar İlon Mask tərəfindən idarə olunan ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyəti Ağ Evdə fikir ayrılığına səbəb olub.
Bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.
“Bəziləri DOGE-nin fəaliyyətini bəyənir. Bəziləri isə Maskın getməsini səbirsizliklə gözləyirlər. Amma məsələ bundadır ki, o, tezliklə heç yerə getməyəcək”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bəzi yüksək rütbəli məmurlar Maskın fəaliyyətindən narazılıqlarını bildirirlər, çünki onun metodlarının nəzarətdən çıxdığını düşünürlər. Bununla belə, Maskın Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller də daxil olmaqla xeyli tərəfdarları var. Bir çoxları Maskın Vaşinqtonda olduğu ilk bir neçə həftənin nəticələrindən məyus olsalar da, onun böyük sərvəti və siyasi nüfuzunu nəzərə alaraq müdaxilə etməkdə tərəddüd edirlər.
***
ABŞ dövlət qulluqçuları, əgər DOGE-nin tələbi ilə həftə ərzində yerinə yetirdikləri işlər barədə hesabat verməsələr, işdən çıxarılacaqlar.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə departamentin sorğusuna laqeyd yanaşmağın nəticələrindən danışarkən xəbərdarlıq edib: “Əgər cavab verməsəniz, işdən çıxarılacaqsınız”.
Mask daha əvvəl bildirmişdi ki, onun idarəsi ABŞ dövlət qulluqçularına həftə ərzində gördükləri işlər haqqında beş əsas bənddən ibarət hesabat təqdim etməyi tələb edən elektron məktublar göndərir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumatına görə, DOGE-nin sorğusuna artıq ən azı bir milyon insan cavab verib.
“Bu tələbin məqsədlərindən biri bu insanların ümumiyyətlə mövcud olub-olmadığını müəyyənləşdirməkdir. Bizim nəhəng bir hökumətimiz var, bu, milyonlarla insan deməkdir. Heç kəs bilmir ki, hökumətdə kim işləyir, kim yox. Əgər cavab vermirsinizsə, deməli yoxsunuz”, – deyə Tramp DOGE-nin sorğusuna cavab verməyin zəruriliyini izah edib.
Daha əvvəl məlumat verilmişdi ki, Federal Təhqiqat Bürosu (FTB), Pentaqon, Dövlət Departamenti, Milli Kəşfiyyat və Daxili Təhlükəsizlik nazirliyi də daxil olmaqla bir sıra idarələrin rəhbərliyi öz əməkdaşlarına DOGE-nin tələbinə cavab verməməyi tapşırıb.