Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
20:54 | 7 mart 2025 | Cümə
Məqaləyə 381 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
“The New York Times” (NYT) qəzeti ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın Nazirlər Kabinetinin iclasında xarici işlər naziri Marko Rubio ilə mübahisə etdiyini iddia edib.
NYT qəzetinə Nazirlər Kabinetinin iclasından xəbəri olan mənbələr danışıb.
Mənbələrin bildirdiyinə görə, görüş zamanı Mask katib Rubionu işçilərin sayını azaltmamaqda günahlandıraraq, “Sən heç kimi işdən çıxarmamısan” deyib.
Rubio, Maskın vicdansız olduğunu söyləyib və Dövlət Departamentində “erkən təqaüdə çıxan 1500 nəfərin” işdən çıxarılma hesab edilib-edilmədiyini və Maskın yenidən “işdən çıxarma şousu göstərə bilməsi” üçün həmin insanları yenidən işə götürməyə hazır olduğunu bildirib.
İkili arasında mübahisənin uzanmasından narahat Tramp fantastik iş etdiyini dediyi Rubionu müdafiə etmək üçün olaya müdaxilə edbi.
Tramp deyib ki, Rubionun çox işi var və çox səyahət edir, ona görə də hamı birlikdə işləməlidir.
***
Kabinet rəsmiləri Maskın israfı, fırıldaqçılığı və sui-istifadəni azaltmaq səylərinə heyran olduqlarını, lakin onun “məslək” yanaşmasından məyus olduqlarını söylədi.
Dünənki görüş Trampın Maskla bağlı artan şikayətləri nəzərə almasına işarə kimi qiymətləndirilib.
Görüşdə Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) missiyasını dəstəklədiyini, lakin onun yanaşmasında bir az daha zərif olmasının vaxtının gəldiyini söyləyib.
Tramp həmçinin bildirib ki, artıq işlərlə onun katibləri məsul olacaq, Maskın komandası isə yalnız tövsiyələr verəcək.
Xəbərdə Trampın görüşdən sonra sosial mediada verdiyi açıqlama federal işçi qüvvəsinin azaldılması planının növbəti mərhələsində “balta” yerinə “neştər” istifadə olunacağı deməsi Maskın bundan sonrakı davranışlarına işarə kimi şərh edilib.
***
Nazirlər Kabinetinin iclasında Mask və nəqliyyat naziri Şon Daffi arasında da mübahisə düşüb.
DOGE-nin ABŞ Federal Aviasiya Administrasiyasındakı (FAA) hava hərəkəti dispetçerlərini işdən çıxarmağa çalışdığını bildirən Daffi, “Hazırda öhdəsindən gəlməli olan çoxlu təyyarə qəzaları var və sizin insanlar məndən hava nəqliyyatı dispetçerlərini işdən çıxarmağımı xahiş edir”, – deyib.
Mask isə Daffinin iddiasını “inkar edib” və nazirdən işdən çıxarılanların adlarını açıqlamasını istəyib.
Daffi deyib ki, o, heç bir ad çəkməyib, çünki həmin işçilərin işdən çıxarılmasına mane olan şəxs özü olub.
Tramp da bu mübahisəyə müdaxilə edərək, bu şəxslərin işlərinə davam etməsinin lazım olduğunu bildirərək Daffiyə Massaçusets Texnologiya İnstitutundan (MIT) insanları hava hərəkətinə nəzarət etməsi üçün işə götürməyi tövsiyə edib.
Görüşdən xəbəri olan bir şəxs Maskın xüsusilə Rubioya qarşı qəzəbini otaqdakıları təəccübləndirdiyini söyləyib. Başqa bir şəxs, Maskın Daffi və Rubioya verdiyi reaksiyalara görə, bir çox kabinet üzvü DOGE ilə bağlı şikayətlərini dilə gətirməkdən çəkinib.