Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:42 | 26 mart 2025 | Çərşənbə
Məqaləyə 344 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Qledis və Nelson Qonzales ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyini və xüsusilə Latın Amerikası ölkələrindən gələn immiqrasiyanı azaldacağını vəd edən Donald Trampın qurbanları arasında olub.
1989-cu ildən bəri ABŞ-ı vətəni adlandıran Qonzales cütlüyü Kaliforniyada doğulub böyüyən üç qızı və nəvələrini geridə qoyaraq ölkəni tərk etmək məcburiyyətində qalıblar.
Qızları Stefani Qonzales “GoFundMe”də başladığı kampaniyada bu açıqlamanı verdi: “Onlar 40 ilə yaxındır ki, burada həyat qurublar. Onlar üç qız böyüdüblər, cəmiyyətə borclarını ödəyiblər və bu yaxınlarda ilk nəvələrini dünyaya gətiriblər. İndi onlara cinayətkar kimi yanaşırlar”.
Cütlüyün kilsədə İncil dərsləri keçirdiklərini və “COVID-19” pandemiyası zamanı ərzaq yardımı üçün könüllü olduqlarını qeyd edən Stefani Qonzales, valideynlərinin ölkədən necə qovulduğunu CNN-ə danışıb.
Stefani Qonzalez, cütlüyün 2000-ci ildən bəri etdikləri kimi keçən ay Santa Anadakı immiqrasiya məhkəməsinə getdiyini və bu dəfə ikilinin həbs edildiyini söylədi.
Fevralın 21-də qolları qandallanan cütlük 3 həftəlik prosesdən sonra Kolumbiyaya deportasiya edilib.
2018-ci ildən cütlüyü təmsil edən Monika Krums, “Onlar ölkəni tərk etməli ola biləcəklərini bilirdilər, lakin bunun belə olacağını gözləmirdilər. Biz də onların həbs olunacağını gözləmirdik. Amma indi bu, bütün ölkədə baş verir”, – deyib.
Qledis və Nelson ölkələrindəki kriminal mühitdən qaçaraq ABŞ-dan sığınacaq üçün müraciət ediblər. Lakin 2000-ci ildə immiqrasiya məhkəmələri onların ABŞ-da qalmaları üçün heç bir hüquqi əsas olmadığına qərar verdi.
Ölkəni tərk etmək üçün qeyri-müəyyən müddət verilən cütlük ABŞ-da qalmaq üçün qanuni yol tapa bilməyib.
İllərlə pullarını xərclədikləri vəkillərin bu sahənin mütəxəssisi olmadığı ortaya çıxanda onların bütün hüquqi yolları tükənib, çətin vəziyyətdə qalıblar.
55 yaşlı Qledis və 59 yaşlı Nelson indi Kolumbiyaya qayıdırlar. Qızlarının bir gün qayıdacağına ümid etsə də, onların Kolumbiyada rahat həyat sürmələrini də təmin etməyə çalışırlar.
Stefani Qonzales deyir: “Biz onların Kolumbiyaya qayıtmasına və yeni həyata başlamasına kömək edəcək vəkilləri bu işə cəlb etmək üçün 65.000 dollar toplaya bildik”.