Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
23:09 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 221 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
CDU üzvü Armin Laşet açıqlamasında Ankara ilə əlaqələrin İmamoğluna görə korlanmaması lazım olduğunu vurğulayıb. Armin Laşet bildirib ki, Xristian İttifaqının (CDU/CSU) liderliyi ilə yaradılacaq yeni koalisiya hökumətindən xarici siyasətdə hər hansı dəyişiklik gözlənilmir.
Adı yeni hökumətdə xarici işlər naziri vəzifəsinə namizədlər arasında olan Laşet jurnalistlərə açıqlamalar verib.
“DW Turkish”nin verdiyi xəbərə görə, Şimali Reyn-Vestfaliya əyalətinin keçmiş baş naziri Laşet “Davamlılıq hər zaman Almaniyanın xarici siyasətinin əsasını təşkil edib. Xarici siyasət həm də çətin insanlarla həll yolu tapmaqdır”, – deyib.
Laşet açıqlamalarında İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyədə baş verən hadisələrə də misallar verib. “Bələdiyyə sədrini qorumaq üçün güclü çıxış etmək çox asan olardı”, – deyən Laşet, bu münasibətin Avropa prinsiplərinə zidd olduğunu vurğulamaq lazım olduğunu bildirib.
Açıqlamasına davam edən Laşet “Ancaq Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsində və bir çox başqa vasitəçiliklərdə Türkiyəyə ehtiyac var. Miqrasiya siyasətinin tənzimlənməsində də, Suriyada sabitliyin təmin edilməsində Türkiyəyə ehtiyac var”, – deyib.
Laşet buna görə də vurğuladı ki, xarici siyasət diqqətlə qiymətləndirilməlidir.
Ankara ilə əlaqələrin əhəmiyyəti Laşet “Funke Media Qrupu”na bağlı qəzetlərə verdiyi açıqlamada da İmamoğlunun həbsi və vəzifəsindən uzaqlaşdırılmasına Ankara ilə münasibətləri pozmadan reaksiya verilməsi lazım olduğunu bildirib. İmamoğluna münasibətin “Avropa standartlarına uyğun olmadığını” diplomatik şəkildə söyləməyin lazım olduğunu ifadə edən Laşet Türkiyənin NATO-da və miqrasiya məsələsində lazım olduğunu ifadə edərək, “İllərdir Ankara ilə münasibətləri pozmadan İstanbul bələdiyyə sədrinin həbsi kimi açıq-aşkar pozuntulara qarşı mövqeyimizi ortaya qoymağın bir yolunu tapmalıyıq”, – deyib.