Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
09:19 | 18 aprel 2025 | Cümə
Məqaləyə 192 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniya immiqrasiya məsələsini müzakirə edərkən, Xarici İşlər Naziri Annalena Baerbok vəzifədən getməzdən əvvəl əfqanlara “lütf” etdi. Baerbock bu ay Pakistandan üç təyyarə dolu əfqanların Almaniyaya gəlməsinə icazə verməsi mübahisə mövzusuna çevrilib.
Sözügedən təyyarələrdən birincisi dünən gecə gəlib. 138 əfqanı Pakistandan gələn təyyarə Leypsiq hava limanına enib. Ancaq əfqanları çox diqqətlə araşdıran Federal Polis bəzi problemlər aşkarlayıb.
6 saat dindirmə
Təyyarə Leypsiqə enərkən polis əfqanların sənədlərini yoxlayıb. Bəzi şəxslərin saxta sənədlər hazırladığı müəyyən edilib. Polislər sənəd cinayətləri ilə bağlı bir sıra şəxslərə qarşı müxtəlif araşdırmalara başlayıb.
Axşam saat 23:00 (Bakı vaxtilə) radələrində eniş edən təyyarədəki əfqanların səhər saat 5:00 radələrinə qədər yoxlanıldığı bildirilib. Sözügedən araşdırmalarda bəzi əfqanların saxta sənədlər edib. Lakin bu sənədlərin Almaniyanın Pakistandakı təhlükəsizlik orqanları tərəfindən təsdiqləndiyi görünür. Bu vəziyyət sual işarələri yaradıb. Çünki sənədlərin saxtalaşdırılması onu təsdiqləyən Almaniyanın Pakistandakı təhlükəsizlik orqanlarının diqqətini çəkməyib.
***
Təyyarə Pakistandan havaya qalxmazdan əvvəl bəzi problemlərin yaşandığı və 4 nəfərin pasport fotoşəkillərində qeyri-müəyyənliyə görə sərnişin siyahısından çıxarıldığı da bildirilib.
Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, gələn təyyarədə 76 qadın və 62 kişi olub; Bunlardan 45-i 18 yaşına çatmamış uşaq və gənclərdir. Gələn sərnişinlər arasında; qadınlardan 2-si hüquqşünas, 1-i həkim, 1-i jurnalist və hüquq müdafiəçisi olub.
Bu arada Almaniyada əfqanlar və keçmiş yerli qüvvələr üçün qəbul proqramları ilə bağlı daxili siyasi debat baş qaldırıb.
2600 nəfər gözləyir
CDU/CSU siyasətçiləri mövcud hökuməti uçuşları dərhal dayandırmağa çağırırlar. Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə görə Pakistanda hələ də məcburi qəbul öhdəliyi olan təxminən 2600 nəfər var. Yaşıllar humanitar səbəblərdən bu proqramları davam etdirməyi planlaşdırır. Yeni hökumət isə proqramı bitirmək istəyir.
CSU-nun baş katibi Martin Huber hazırkı xarici işlər nazirini tənqid edərək dedi: “Xanım Birbok işdən çıxarıldı, insanlar yaşıl ideologiyadan beziblər. Yeni hökumət könüllü qəbul proqramlarını dayandıracaq və immiqrasiya ilə bağlı geri çəkilməyə başlayacaq”.