Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:55 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 173 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Tramp birinci dövrlə müqayisədə ikinci dövründəki işinə daha arxayın olduğunu vurğulayaraq, “Birinci dönəmimdə iki işim vardı: ölkəni idarə etmək və sağ qalmaq. İkinci dövründə həm ölkəni, həm də dünyanı idarə edirəm”, – deyib.
ABŞ prezidenti Donald Tramp “The Atlantic” jurnalına müsahibəsində daxili siyasətdən tutmuş xarici siyasətə qədər bir çox mövzuda qiymətləndirmələr edib.
Tramp, əvvəllər “Signal” proqramı vasitəsilə Yəmənə qarşı hücum planlarının paylaşılması ilə bağlı “qalmaqalda” adı hallanan Cefri Qoldberqin redaktoru olduğu jurnala verdiyi müsahibədə prezident kimi ilk dövrünü ikinci dövrlə müqayisə edib.
2016-2020-ci illər arasında daha çox daxili problemlərlə məşğul olmaq məcburiyyətində qaldığını açıqlayan Tramp, “Birinci dönəmdə iki işim var idi: ölkəni idarə etmək və həyatda qalmaq. Bu arada əyri adamlarla məşğul idim. İkinci dönəmdə həm ölkəni, həm də dünyanı idarə edirəm”.
İşindən “ləzzət aldığını” ifadə edən Tramp müsahibə boyu ikinci prezidentlik dövründə qərarlarına və addımlarına daha arxayın olduğu mesajını verdi.
***
Üçüncü müddətə prezidentlik ideyası ilə bağlı fikirlərini soruşduqda ABŞ prezidenti belə bir şey axtarmadığını desə də, alternativ yanaşmalara açıq olduğunu bildirib.
“Bu, böyük fasilə olardı, elə deyilmi? Bəlkə mən sadəcə bunu dəyişməyə çalışıram. Bu, etmək istədiyim bir şey deyil və düşünürəm ki, bunu etmək çox çətin olacaq”, – Tramp deyib.
***
Digər tərəfdən Tramp Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında prezident Vladimir Putinə güvəndiyini və razılaşmanın əldə olunacağına inandığını bəyan edib.
Tramp Putinin Ukrayna sülh danışıqlarında “yaxşı” olacağını deyib: “Mən çoxlu sayda insanın həyatını xilas etməyə çalışıram. Bilirsiniz, Ukrayna və Rusiya - bu bizim həyatımız deyil, lakin bu, Üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər”.
***
Tramp, Atlantik jurnalının redaktoru Qoldberqin Yəmən müharibəsi planlarının paylaşıldığı “Siqnal” söhbət qrupuna təsadüfən əlavə edildiyi hadisə ilə bağlı da şərhlər etdi.
Bu mövzuda həm müdafiə naziri Pit Heqset, həm də Milli Təhlükəsizlik müşaviri Mayk Valtza güvəndiyini söyləyən Tramp, “Onunla (Heqset) söhbətim oldu, müsbət bir söhbət oldu. Düşünürəm ki, o, özünü qaydaya salacaq”.
Bu məsələ ilə bağlı mətbuatda Valsın ağır tənqidlərə məruz qaldığını qeyd edən ABŞ prezidenti “Vals vəziyyəti yaxşıdır” deyib.
***
Əvvəlki Co Bayden administrasiyasını sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin ölkəyə girişi ilə bağlı tənqid edən Tramp, prezidentliyi dövründə sərhəd təhlükəsizliyi ilə bağlı “çox uğurlu” addımlar atdıqlarını bildirib.
***
ABŞ prezidenti bu müddət ərzində bu qədər amerikalı milyarderlə necə yaxın münasibət qurması ilə bağlı sualı cavablandırarkən, “Bu, sadəcə olaraq, daha yüksək səviyyədə hörmətdir. Bilmirəm. Bəlkə onlar məni əvvəldən tanımırdılar, amma indi tanıyırlar”, – deyib.