Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:20 | 13 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 193 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində tarixi əhəmiyyətli çıxış edib. Tramp ABŞ-ın son onilliklərdə Yaxın Şərqə hərbi müdaxilələrini tənqid edərək deyib ki, regionu tanımayan şəxslər region ölkələrini yenidən qurmağa çalışıblar, lakin nəticədə daha çox ölkəni dağıdıblar. Tramp region ölkələrinin ənənələrinə və elitlərinin baxışlarına hörmət edilməli olduğunu vurğulayaraq, bölgədə müdaxiləçi olmayan siyasət izləyəcəyinə işarə edib.
Görünən odur ki, Tramp ABŞ-Çin soyuq müharibəsi çərçivəsində Ərəb dünyasının rəğbətini qazanmağı hədəfləyir. Təbii ki, Tramp ilk növbədə Körfəz Ərəblərinin əlindəki misilsiz sərmayəni ABŞ iqtisadiyyatına yönləndirmək istəyir. Trampın Körfəzdəki ikinci məqsədi isə bizi daha yaxından maraqlandırır – neftin dünya bazarında qiymətini tənzimləmək.
Məlumdur ki, Tramp hökuməti neftin qiymətinin mümkün qədər azaldılmasına çalışır. Tramp hakimiyyətə gəldiyi yanvar ayından bu yana dünya bazarında neftin qiyməti 80 dollardan 60-a qədər geriləyib. Tramp neftin qiymətinin ucuzlaşmasını həm ölkəsindəki inflyasiyanı azaltmaq üçün başlıca vasitə kimi görür, həm də Putini Ukraynada dayandırmaq üçün rıçaq kimi istifadə etmək istəyir. Tramp inanır ki, neftin qiymətinin ucuzlaşması Putini danışıqlara məcbur edəcək.
Bu baxımdan, 4 günlük Körfəz səfəri çərçivəsində ABŞ prezidenti Ərəb liderlərlə ortaq məxrəcə gələ bilsə, neftin qiyməti daha sürətli ucuzlaşmağa davam edəcək. Trampın İran ilə nüvə danışıqlarına maraq göstərməsi də bu çərçivədə oxuna bilər. Əgər burada razılıq əldə olunsa, sanksiya altındakı İran nefti yenidən dünya bazarına çıxacaq ki, bu da qiymətləri daha ucuzlaşdıra bilər. Ehtimal ki, İranın ardınca Tramp Venesuella neftini də dünya bazarına qaytarmağa çalışacaq.
Həm Rusiya-Ukrayna müharibəsinin dayanması, həm də neftin stabil şəkildə ucuzlaşması Azərbaycan üçün ciddi təhdidlər vəd edir…