Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:21 | 20 iyun 2025 | Cümə
Məqaləyə 273 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İki gün əvvəl Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Pakistan ordusunun komandanı marşal Asim Munir arasında keçirilən görüş Yeni Dehli administrasiyası tərəfindən yaxından izlənilib.
Görüşdə ABŞ-ın dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak edib. Müniri Pakistanın Milli Təhlükəsizlik üzrə müşaviri və Kəşfiyyat Xidmətinin (ISI) rəhbəri general-leytenant Asim Malik müşayiət edib.
“The Guardian”ın təhlili deyir ki, Yeni Dehli ilə Vaşinqton arasında davam edən ticarət danışıqları zamanı baş tutan görüş “Hindistanda narahatlıq yaradıb”.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) Tramp və Munirlə İran-İsrail münaqişəsini müzakirə etdiklərini bildirib.
Münirin Pakistan və Hindistan arasındakı münaqişələrdə Trampın “konstruktiv və nəticəyönümlü roluna” görə Pakistan hökuməti və xalqının təşəkkürünü çatdırdığı bildirilib. Digər tərəfdən Trampın Pakistanın regional sülh və sabitliyə yönəlik səylərinə müsbət yanaşdığı bildirilib.
Tramp mayın 10-da Hindistan və Pakistan arasında münaqişənin sona çatdığını elan edib və bu inkişafı ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs kimi qiymətləndirib. Bununla belə, Hindistanın baş naziri Narendra Modi bundan bir gün əvvəl Trampla telefon danışığında Kəşmir məsələsində üçüncü tərəfin vasitəçiliyini qəbul etməyəcəyini bildirib.
Hindistan administrasiyası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurillanın Pakistanı terrorla mübarizə səylərində “böyük” tərəfdaş kimi təsvir etməsi faktını da diqqətə çatdırıb.
Təhlildə vurğulanır ki, ABŞ strateji münasibətlərinə yenidən baxır. Digər tərəfdən, Pakistanın İranla 900 kilometr sərhədi olduğu və ABŞ-ın İsrail tərəfində müharibəyə girəcəyi təqdirdə İslamabad administrasiyasının “önəmli rol oynaya biləcəyi” ifadə edilir. Belə bir ssenaridə Pakistanın ABŞ-a logistik dəstək verə biləcəyi bildirilir.