İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:52 | 20 iyun 2025 | Cümə
Məqaləyə 240 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İran və İsrail arasında artan müharibənin əks-sədaları davam edərkən gözlər regionun böyük güclərindən biri olan Çinə çevrilib. İranın demək olar ki, bütün neftini idxal edən Çin münaqişənin gedişatında birbaşa iştirak etmir, lakin hadisələri diqqətlə izləyir.
Çinin İrana birbaşa hərbi dəstək verəcəyi gözlənilmir. Bildirilir ki, Pekinin Tehrana dəstəyi şifahi bəyanatlar və humanitar yardımdan o yana keçməyəcək. Amerikanın “The New York Times” qəzeti də bu məsələyə işıq tutub. Strateji maraqlarına baxmayaraq, Çinin müharibəyə birbaşa müdaxilə etməyəcək.
***
Çin 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik normallaşmada vasitəçi rolunu öz üzərinə götürmüşdü. Bu inkişaf Pekinin ABŞ-ın bölgədəki təsirini balanslaşdırdığına dair şərhlərə səbəb oldu. Lakin iki il ərzində onun Yaxın Şərqdəki təsiri yenidən sual altına düşüb.
Müharibənin uzanacağı təqdirdə Çinin böyük iqtisadi zərər çəkə biləcəyi vurğulanır. İran neftinin böyük hissəsini alan Çinin bu resursa ucuz qiymətə çıxışı var. Lakin münaqişələrin artması tədarük problemlərinə və qiymətlərin artmasına səbəb ola bilər.
Bundan əlavə, Çinin idxal etdiyi neftin yarısı İranın bağlamaqla hədələdiyi Hörmüz boğazından keçir.
Pekinin Yaxın Şərqdəki maraqları təkcə enerji ilə məhdudlaşmır. İran həm də Çinin regiondakı geosiyasi hesablamalarında mühüm aktordur. ABŞ-ın bölgədə on minlərlə əsgəri olduğu halda, Çin həm İran, həm də Körfəz ölkələri ilə münasibətlərini balanslaşdırmağa çalışır.
***
Bununla belə, Pekin indiyədək “İrana tam dəstək” ehtiva edən bəyanatlardan yayınıb. Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında son telefon danışığında İsrailin İranın suverenliyini pozduğuna işarə edilməyib. Eynilə, ABŞ-a birbaşa müraciət edilməyib. Bundan başqa Çinin xarici işlər naziri Vanq Yi ilə israilli həmkarı arasında keçirilən görüşdə heç bir qınama bəyanatı verilməyib.
Ekspertlər Çinin diplomatik həll üçün vasitəçilik etmək üçün heç bir addım atmadığını və buna görə də İsrail tərəfindən müstəqil vasitəçi kimi görünmədiyini bildirirlər.
“The New York Times” qəzetinin yazdığına görə, Çin müharibənin başlanmasını istəmir, lakin bundan taktiki baxımdan faydalana bilər. Uzun sürən münaqişə ABŞ-ı Asiyadakı hərbi mövcudluğunu Yaxın Şərqə köçürməyə məcbur edə bilər. Bu, Çinə Tayvan kimi bölgələrdə manevr etmək üçün daha çox yer yarada bilər.
Çinin Yaxın Şərqdəki bu böhrandan çıxaracağı dərslərin Tayvana doğru mümkün hərbi gedişdə həlledici ola biləcəyi qiymətləndirilir. Ekspertlər razılaşır ki, baş verənlər Pekin üçün təkcə geosiyasi inkişaf deyil, həm də böyük sınaqdır.