10 gəmi blokadanı yardı
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
18:27 | 20 iyun 2025 | Cümə
Məqaləyə 223 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
1 nəfər mülki vətəndaş həlak oldu
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
İranın 2000 kilometr mənzilli və qabaqcıl xüsusiyyətlərə malik Sejil raketi xüsusilə İsrailə qarşı çəkindirmə baxımından strateji transformasiyadan xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə günü Sejil raketinin İsrailə qarşı 12-ci hücum dalğasının bir hissəsi kimi istifadə edildiyini açıqlayıb.
2012-ci ildə xidmətə girdiyi vaxtdan bəri Tehran rejiminin hərbi paradlarında tez-tez rast gəlinən Sejil raketinin buraxılması bu silahın ilk dəfə İsrailə qarşı birbaşa döyüşdə istifadə edildiyini göstərir.
Bu raketin qarşıdurmada istifadəsi də Tehranın çəkindirmə hesablamalarında və cavablarında dəyişikliyi ortaya qoyur.
Sejil yer-yer tipli ballistik raket kimi təsnif edilir və İran Müdafiə Nazirliyinə bağlı Aerokosmik Sənaye Təşkilatı tərəfindən hazırlanan yerli silahdır.
Bəzi məlumatlarda Tehranın Çin istehsalı olan oxşar raketlərdən Sejil üçün texniki əsas kimi istifadə etdiyi iddia edilsə də, onun ölçüsü və digər xüsusiyyətləri silahın tamamilə İranda dizayn və istehsal edildiyini göstərir.
1980-ci illərin sonundan istismarda olan Şəbab sinifli raketləri əvəz etmək üçün hazırlanmış bu raket təqribən 2000 kilometr uçuş məsafəsinə malikdir və bərk yanacaqdan istifadə edir ki, bu da onun maye yanacaqla işləyən raketlərdən daha sürətli buraxılmasını təmin edir.
Sejilin uçuşun bütün mərhələlərində manevr qabiliyyəti adi hava hücumundan müdafiə sistemləri ilə qarşısını almağı çətinləşdirir.
Onun sürəti ilə bağlı təfərrüatlar aydın olmasa da, Tehranın bildirdiyinə görə, raket İranın mərkəzindən buraxıldıqda təxminən 7 dəqiqəyə Tel-Əvivə çata bilər.
Texniki xüsusiyyətlərə gəlincə, raketin uzunluğu 25 metr, diametri 1,25 metr, çəkisi isə təxminən 2,3 tondur. 700 kiloqrama qədər döyüş başlığı daşıya bilən raketin nüvə başlığı daşımağa qadir olduğu təxmin edilir.
Sejil ilk dəfə 2008-ci ildə çöl sınaqlarında peyda oldu. Daha sonra 2009-cu ildə daha təkmil versiya olan Sejil-2 hazırlandı. Bu versiya döyüş başlığının dizaynını dəyişdirdi və dəqiqliyi artırmaq üçün bələdçi qanadları əlavə etdi.
Bununla belə, bəzi məlumatlarda iddia olunur ki, Sejil-2 ayrıca bir model deyil, eyni raket üçün sınaq adı ola bilər. Buna baxmayaraq, 2021-ci ildə Sejilin iştirak etdiyi hərbi təlimlərdən görüntülər göstərir ki, eyni modelin əvvəlki raketləri, xüsusən də reaktiv qanadlarında yenilənmələrə məruz qalıb.
Bundan əlavə, digər yenilənmiş model Sejil-3 haqqında şayiələrə görə, maksimum 4000 kilometr məsafəyə malik daha müasir versiya hazırlanır və nəzəri cəhətdən demək olar ki, Tehrandan Brüsselə qədər çata bilər.
Amma dünənki hücumlarda adıçəkilən raketin manevr və HHM qurğularından yayınmaq qabiliyyətinin deyilən qədər olmadığı aydınlaşıb. İsrail ordusu dünən axşam Sejilin müvəffəqiyyətlə vurulduğunu və dağıntıların bir avtomobilə zərər verdiyini açıqlayıb.