Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:12 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 182 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İsrail və İran arasında artan gərginlik ABŞ-ın daxili siyasətində də əks-səda verib. ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi “Amerikanı yenidən möhtəşəm et” hərəkatı daxilində ciddi fikir ayrılıqları var. Müharibə əleyhinə ritorika Respublikaçılar Partiyasının sıralarında gözlənilməz çatlara səbəb olub. Partiya cəbhəsindəki bəzi adlar ABŞ-ın müharibəyə sürüklənməsinin qarşısını almaq üçün Trampa təzyiq edir. Digərləri Trampdan İsrailə açıq dəstək verməsini tələb edir. Bu parçalanma Trampın tərəfdarları arasında ciddi fikir ayrılıqlarını da ortaya qoyur.
Bir vaxtlar müharibə tərəfdarı fikirləri ilə tanınan və 2003-cü il İraq müharibəsini dəstəkləyən televiziya xadimi Taker Karlson bu dəfə fərqli mövqe nümayiş etdirir. İrana qarşı mümkün hərbi müdaxiləyə qarşı çıxan Karlson, hədəflərin açıq və şəffaf şəkildə müzakirə edilməli olduğunu müdafiə etdi.
Karlson, “Bu, rejim dəyişikliyi cəhdi olmadığını deyə bilmərik? Mən dərhal Holokostu inkar edənə çevrilirəmmi? Bu məsələləri rasional şəkildə müzakirə etməliyik”, – deyib.
Karlsonun yanaşması Respublikaçılar Partiyası daxilində bəzi adlarla açıq polemikalara səbəb oldu. Onun senator Ted Kruz ilə canlı debatı bu fikir ayrılıqlarını ortaya qoydu. İrana müdaxiləni müdafiə edən Kruza Karlson “Məhv etmək istədiyiniz ölkənin əhalisini bilmirsiniz?” deyərək reaksiya verib.
Fikir ayrılıqları bununla məhdudlaşmır. Trampın ən yaxın adamlarından biri olan və vaxtilə onun müəllimi kimi tanınan Stiv Bannon İsrailin baş naziri Netanyahunu da hədəfə alıb. Bannon Netanyahuya “Sən kimsən ki, Amerika xalqına mühazirə oxuyursan? Bizi müharibəyə sürükləmək haqqını haradan əldə edirsən?”
Ancaq Ağ Evdən gələn açıqlamalar ictimaiyyəti qane etməkdən uzaq idi. Amerikalılar yeni Yaxın Şərq müharibəsinə sürüklənməkdən narahat olarkən MAGA hərəkatında “Öncə Amerika” şüarı yenidən gücləndi.
Taker Karlson bu narahatlıqlarını aşağıdakı sözlərlə dilə gətirib: “İctimaiyyətin, hətta seçicilərinizin də bu vəziyyətdən qəzəbini hiss edə bilərsinizmi? Biz xarici təhdidlərə diqqət yetiririk, lakin öz ölkəmizdə baş verən faciəyə məhəl qoymuruq”.
Tramp öz tərəfdarları ilə bu ixtilafı etiraf edir. Bununla belə, o, İrandan geri çəkilməyəcəyinə də işarə edir. Respublikaçılar düşərgəsindəki bu bölgü seçki prosesinə yaxınlaşdıqca Amerika siyasətində kartların dəyişdirilməsinə səbəb ola bilər.