Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:41 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 243 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ senatoru Berni Sanders, İrandakı nüvə obyektlərinə edilən hücumlarla ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi arasında oxşarlıqlar olduğunu ifadə edərək, “Tarixin təkrarlanmasına icazə verə bilmərik”, – deyib.
Sanders Texas ştatında qatıldığı tədbirdəki çıxışında ABŞ-ın İrandakı 3 nüvə obyektinə hücumlarını dəyərləndirib.
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun hücumlarda istifadə etdiyi dil ilə Netanyahu və ABŞ-ın keçmiş prezidenti Corc Buşun İraqı işğal etməzdən əvvəl istifadə etdikləri ifadələr arasındakı oxşarlığa diqqət çəkən Sanders, “Corc Buş, Səddam (Hüseyn) rejimi nüvə bombası istəyir”, – demişdi.
***
Sanders, “O vaxt heç bir kütləvi qırğın silahı tapılmadı. Bu müharibə yalana söykəndi və 4500 gənc amerikalının həyatına, 32 min insanın yaralanmasına və trilyonlarla dollara başa gəldi”, – deyib.
ABŞ-ın öz daxili problemlərinə diqqət yetirməli və İrana qarşı müharibəyə getməməli olduğunu vurğulayan Sanders, “Amerika xalqına bu gün yenidən yalan danışılır. Tarixin təkrarlanmasına icazə verə bilmərik”, – deyib.
***
Digər tərəfdən, Respublikaçı Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin də “X” sosial media hesabından verdiyi açıqlamada İrana qarşı hücumları tənqid edib.
Qrin qeyri-qanuni mühacirlərin əhəmiyyətinə və fentanil probleminə diqqət çəkərək, ABŞ-ın kartellərlə mübarizədə “bunker dağıdan bombalardan istifadə etmədiyini” bildirib.
***
Bu müharibələrin trilyonlarla dollara başa gəldiyini və insanların həyatını itirdiyini qeyd edən Qrin, “Xatırladığım qədər, xarici siyasət səbəbləri və maraqları üçün ölkəmizin xarici torpaqlarda döyüşə getməsini izlədim”, – deyib.
Qrin, “İsrailin özünümüdafiəsini dəstəklədiyini və nüvə silahı olan bir İsrailin müharibələrində iştirak etmək və ya onları maliyyələşdirmək istəmirəm”, – deyib.
İrandakı nüvə obyektlərinə edilən hücumdan sonra ölkədəki təhlükəsizlik xəbərdarlıqlarına diqqət çəkən Qrin, Amerikanın müharibəyə başlaması tələblərinin sona çatmasını arzuladığını bildirirək, “Bəsdir!”, – deyib.
ABŞ prezidenti Donald Tramp dünən İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava hücumu həyata keçirdiklərini açıqlayıb və bu əsas nöqtələrin tamamilə məhv edildiyini bildirib.