Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:51 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 237 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini (keçmiş prezident) Dmitri Medvedevin “başqa ölkələrin” İrana nüvə silahı verə biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Həftə sonu nüvə obyektləri ABŞ tərəfindən vurulan İrana Medvedevin “digər ölkələr nüvə silahı verə bilər” açıqlamasına Tramp “Truth Social” hesabında yazdığı yazılı açıqlamada sərt sözlərlə cavab verib.
ABŞ prezidenti yazıb ki, “Mən Rusiyanın keçmiş prezidenti Medvedyevin təsadüfən “N” (Nüvə) sözünü işlətdiyini və onun və digər dövlətlərin İrana nüvə başlıqları verəcəklərini dediyini eşitmişəmmi? Doğrudanmı o, bunu deyib, yoxsa bu, sadəcə mənim təxəyyülümün məhsuludur? Əgər bunu deyibsə və bu təsdiqlənibsə, zəhmət olmasa, dərhal mənə xəbər verin”, – deyən Tramp, “nüvə sözünə bu qədər laqeyd yanaşmaq olmaz. Məncə ona görə prezident Putindir”, – qeydini edib.
Tramp postunda Rusiya prezidenti Vladimir Putinin də adını çəkərək, “Yeri gəlmişkən, əgər kimsə bizim avadanlığımızın həftə sonu əla olduğunu düşünürsə, əlimizdə olan ən güclü və ən yaxşı avadanlıq 20 il qabaqda olan nüvə sualtı qayıqlarımızdır”, – deyib.
Prezident Tramp xatırladıb ki, ABŞ sualtı qayıqları “indiyə qədər hazırlanmış ən güclü və ölümcül silahlar”dır və həftə sonu İranın üç nüvə obyektinə 30 Tomaqavk raketi atılıb.
Medvedev dünən “Telegram” kanalında verdiyi açıqlamada ABŞ-ın İranın üç nüvə obyektinə hücumunu dəyərləndirib.
ABŞ-ın hücumlarının İrandakı nüvə infrastrukturuna çox təsir etmədiyini bildirən Medvedev, “Nüvə zənginləşdirilməsi və gələcək nüvə silahı istehsalının davam edəcəyini deyə bilərik. Bəzi ölkələr nüvə silahlarını birbaşa İrana verməyə hazırdır”, – demişdi.