Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:07 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 234 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bir müddətdir FED sədri Cerom Paueldən faiz endirimini gözləyən ABŞ prezidenti Donald Tramp istədiyini ala bilməyəndə yenə sərt dillə reaksiya verib. Bu dəfə Tramp qapını Pouelə göstərib və onun yerinə başqasını gətirmək işarəsi verib.
Tramp Oval kabinetdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Kanada ilə ticarət danışıqlarını niyə dayandırdığını və hansı tarif dərəcəsini təyin etməyi planlaşdırdığını soruşduqda, Tramp, "Kanada üzərində iqtisadi cəhətdən çox gücümüz var. Bundan istifadə etməməyi üstün tuturdum, amma onlar Avropanı kopyalamağa çalışaraq texnologiya şirkətlərimizlə çox pis bir iş (rəqəmsal xidmətlər vergisi) etdilər. Bu, Avropa üçün yaxşı olmayacaq, Kanada üçün yaxşı olmayacaq. Ona görə də Kanada ilə birlikdə hərəkətə keçənə qədər bütün danışıqları dayandıracağımızı söylədim”, – cavabını verib.
Kanadanın bu mövzuda fikrini dəyişmək üçün nə edə biləcəyini soruşduqda Tramp, "Amerika şirkətlərinə çox ağır vergi qoyurlar. Düşünürəm ki, bunu qaldıra bilərlər. Qaldıracaqlar, amma mənim üçün fərqi yoxdur. Bütün kartları bizdədir”, – dedi.
Avropa Birliyinin (AB) ABŞ-dan ticarət baxımından "faydalanmaq" üçün qurulduğunu iddia edən Tramp, AB-nin illərdir ABŞ-a qarşı pis rəftar etdiyini, lakin sistemi anladığı üçün onunla yaxşı davrandığını bildirib.
AB-nin 50 faizlik tarif təhdidinə qədər ticarət danışıqlarına girmək istəmədiyini ifadə edən Tramp, “Mən bunu deyən kimi danışıqlara gəldilər”, – deyib.
AB-nin çox ədalətsiz vergilər tətbiq etdiyini iddia edən Tramp ABŞ şirkətlərinə qarşı məhkəmə iddiası qaldırdıqlarını və cərimələr tətbiq etdiklərini bildirib.
Tramp, "Mən onların ABŞ şirkətlərinə təsir etməsini istəmirəm. Kimsə ABŞ şirkətinə təsir edəcəksə, o, biz olmalıyıq, cərimə ödəyəcəksə, biz ödəməlidir. AB çox pisdir, buna heç bir şübhə yoxdur, lakin onlar tezliklə o qədər də pis olmamağı öyrənəcəklər. Bunun yaxınlaşdığını bilirlər”.
FED sədri Pauel haqqında tənqidlərinə davam edən Tramp, “İstəsə istefa verməsini çox istərdim, o, çox pis iş gördü”, – deyib.
Tramp qısa müddətdə ölkədə inflyasiya baxımından çox şey əldə etdiklərini və ölkədə inflyasiya demək olar ki, olmadığını qeyd edib.
Tramp Pauell haqqında “Bir qələm zərbəsi ilə faiz dərəcələrini aşağı salan və bizə ildə yüz milyardlarla dollar qənaət edən adam var, amma o, axmaqdır” deyib.
Bəzi ölkələrin ABŞ-dan çox daha az faiz ödədiyini qeyd edən Tramp, "Ancaq bizim inadkar qatırımız və böyük səhv edən axmaq adamımız var. O, səhv edir və bu, illərdir davam edir. Kim gəlirsə, faizləri aşağı salacaq. Kiminsə faizləri olduğu yerdə saxlayacağını düşünürəmsə, onları işdən çıxara bilməyəcəm. Faizlərin çoxunu aşağı salmaq istəyənlər də orada olacaq”, – deyib.