İrana 3–5 gün möhlət
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
16:23 | 7 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 188 dəfə baxılıb
Şriftin ölçüsü
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
ABŞ prezidenti Donald Trampın 5 milyon dollarlıq sərmayə müqabilində varlı əcnəbilərə viza verilməsini nəzərdə tutan “Qızıl Kart” planının əslində heç vaxt həyata keçirilə bilməyəcəyi irəli sürülüb.
“The Washington Post” qəzetinin yazdığına görə, Tramp və onun komanda üzvləri belə bir proqramın qanuni şəkildə həyata keçirilməsinin mümkünlüyünü dilə gətirsələr də, bunun üçün tələb olunan hüquqi tənzimləmələrin həyata keçirilməsi üçün heç bir səy göstərilməyib.
Trampın qızıl vizalarının əslində uzaq bir imkan olduğunu və əslində həyata keçirilə bilməyəcəyini ifadə edən xəbərə görə, immiqrasiya üzrə hüquqşünaslar və digər hüquq ekspertləri ABŞ prezidentinin birtərəfli qaydada yeni viza kateqoriyası yaratmaq səlahiyyətinə malik olmadığını, çünki bu, Konqresin hərəkətə keçməsini tələb etdiyini bildirib.
Trampın investisiyalar müqabilində viza və yaşayış hüququ vədi də mövcud immiqrasiya siyasəti ilə ziddiyyət təşkil edir. Tramp administrasiyası yeni prezident yanvar ayında vəzifəyə gələndən bəri ölkədə mühacirlərin genişmiqyaslı saxlanması və deportasiyası dalğasına başlayıb. Trampın immiqrasiya siyasətini tənqid edənlər, həmçinin qızıl viza təklifinin ABŞ-a girişi satışa çıxarılmış məhsul edəcəyini və immiqrasiyaya Amerika dəyərlərinə uyğun olmayan yanaşmanı əks etdirəcəyini söyləyirlər.
ABŞ-ın Ticarət Naziri Hovard Lutnik daha əvvəl demişdi ki, “Qızıl Kart” vizası “EB-5” investor vizasını əvəz edəcək. Lakin hüquq ekspertləri deyirlər ki, artıq bu vizanı almaq üçün növbə gözləyən çoxlu sayda insanı nəzərə alsaq, bu insanları bir kənara qoyub zənginlərə viza vermək cəhdi bəzi hüquqi çətinliklərlə üzləşə bilər.
Keçmiş ABŞ prezidenti Co Bayden dövründə Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin keçmiş direktorunun baş məsləhətçisi olmuş Duq Rand qeyd edib ki, bugünkü yaşıl kart və müvəqqəti viza kateqoriyalarını yaradan 1990-cı il qanunundan sonra heç bir administrasiya viza uyğunluğu meyarlarını dəyişməyib: “Bunu etmək üçün heç bir hüquqi əsas yoxdur; onsuz da bunu edərlərsə, məhkəməyə veriləcəklər. Və demək olar ki, uduzacaqlar”. Viza proqramının gələcəyi ilə bağlı sualları cavablandıran Ticarət Departamentinin sözçüsü Kristen Eyçamer deyib ki, dövlət katibi Lutnik “Birləşmiş Ştatlar üçün görünməmiş gəlir” mənasını verən “Qızıl Kart” viza proqramını yaratmaqda Trampın vizyonunu izləməkdə qərarlıdır.
Bununla belə, ABŞ Ali Məhkəməsinin presedenti Konqresin immiqrasiya məsələlərində “mütləq səlahiyyətə” malik olduğunu göstərir. İmmiqrasiya Araşdırmaları Mərkəzindən Corc Fişmanın sözlərinə görə, Ali Məhkəmə birdən çox işdə Konqresin immiqrasiya siyasətinin qurulmasında icraedici hakimiyyətdən üstün olduğunu müəyyən edib.
Fişman, Trampın “Qızıl Kartla” bağlı hərəkətinin Konqresin qərarı olmadan həyata keçirilə biləcəyinə çox şübhə ilə yanaşdığını və Konqresin 35 ildir viza kateqoriyalarını dəyişmədiyi məlum olduğunu qeyd edib.
Digər tərəfdən, məsələnin qanuniliyi ilə bağlı məsələlər də immiqrasiya hüquqşünaslarını müştərilərini “Qızıl Kart”dan uzaq durmağa xəbərdar etməyə vadar edib.
Bu immiqrasiya hüquqşünaslarından biri Ron Klasko, Kanada və Avropadan olan bəzi müştərilərinin viza ilə maraqlandıqlarını söylədi, lakin o, onlara marşrut açılana qədər gözləmə siyahısına düşməyin çox az faydası olduğunu deyib.
ABŞ-ın ticarət naziri iyun ayında “The Financial Times” qəzetinə bildirib ki, kart haqqında ətraflı məlumat almaq üçün 70 minə yaxın insan müraciət edib və ona maraq göstərib.