
“Niyə durub getmədi?”
Trampın Liberiya prezidentinə dediyi söz qalmaqal yaratdı
Trampın Liberiya prezidentinə dediyi söz qalmaqal yaratdı
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
Brüssel Trampın təhdid etdiyi 50 əvəzinə 10 faizlik tariflə qarşılaşa bilər
ABŞ-da keçmiş FTB və MKİ direktorları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur
Pentaqonun Ukraynaya silah tədarükünü dayandırması Trampı təəccübləndirib
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
“DOGE”də güc savaşı – iş adam rəsmən gedib, amma kölgəsi hələ də Ağ Evdə dolaşır
“Silah istehsalı Amerika xalqının vergiləri ilə maliyyələşdirilir”
“E-6B Mercury” Atlantik okeanı üzərindən uçurmuş
“Son bir məsələ qalır”
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
Maskın prioriteti “Epstein faylları”nı üzə çıxarmaqdır
“Konqresi aldadıbsa, istefa verməlidir”
“Dolları bitirməyə çalışırlar”
Tramp avqustun 1-dən etibarən tətbiq olunacaq tariflərlə bağlı danışıb
“Xalq üsyana qalxsa, rejim üçün daha pis olacaq”
Uzun müddətdir haqqında danışılan və bir çox sui-qəsd nəzəriyyələri irəli sürülən Ceffri Epşteyn fayllarını araşdıran ABŞ Ədliyyə Nazirliyi və FTB (Federal Təhlükəsizlik Bürosu) çox danışılan “müştəri siyahısı”na dair heç bir dəlil olmadığına qərar verdi.
Dünən yayımlanan memorandumda “Epstein” cinayətlərində şərik olan güclü şəxslərin siyahısının saxlandığına və şantaj edildiyinə dair heç bir dəlil olmadığı bildirilir.
2019-cu ildə həbsxana kamerasında ölü tapılan və dövlət məmurlarının və məşhurların, iş adamlarının cinayətlərini ört-basdır etmək üçün öldürüldüyü güman edilən Epşteyn haqqında da məlumat verilib.
Bildirilib ki, Epşteynin öldüyü gündən və ondan əvvəlki axşama aid təhlükəsizlik kamerası görüntüləri müstəntiqləri rəsmi açıqlamada deyildiyi kimi onun intihar etdiyi qənaətinə gətirib.
Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosu da artıq ittiham olunmamış hər hansı bir şəxsə qarşı araşdırma tələb edəcək heç bir dəlil tapmadıqlarını bildiriblər.
Bu izahatlar Donald Trampın keçmiş müşaviri İlon Maskı və aparıcı MAGA (Make America Great Again) ideoloqlarını qane etməyib.
Vergi qanunu ilə bağlı fikir ayrılığına düşdüyü ABŞ prezidenti ilə əlaqələrini kəsdikdən sonra “Tramp “Epstein” fayllarında var. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur”, – deyən Mask, Tramp və Epşteynin bir ziyafətdə görüntülərini paylaşdığı “X” hesabında yeni məlumata münasibət bildirib.
Dünyanın ən zəngin adamı Ədliyyə Nazirliyi və FTB-ni ələ salan memları izləyiciləri ilə bölüşüb.
“Epstein” siyahısını dərc edəcəyik.
Bizə bir az daha vaxt lazımdır.
“Epstein” siyahısı masamın üstündədir,
“Epstein” siyahısı deyə bir şey yoxdur
Bir izləyici, Trampın əvvəlki açıqlamalarına işarə edərək və Maska cavab verib: '”Massanın üstündəki müştəri siyahısı nə oldu? “Epstein” fayllarının ikinci hissəsi nə oldu? Bu sehrli fayllara nə oldu? Amma nə cəfəngiyatdır”.
Mask cavabında, “Bu, bardağı daşıran son damladır”, – yazıb.
İlon Mask daha sonra “Əgər onların hamısı pedofilləri müdafiə edirsə, o zaman administrasiyanın xalqa qarşı olduğu rəsmidir. Ümid edirəm ki, hamınız bunu başa düşürsünüz”, – paylaşımını edib.
Sui-qəsd nəzəriyyəçisi Aleks Cons mövzunu müzakirə etdiyi 9,5 dəqiqəlik videoda göz yaşlarını saxlaya bilməyib: “Bunun aradan qaldırılmasına səbəb “Epstein” arxasında MKİ, “MOSSAD” və “MI6”nın olması və ABŞ hökumətinin beynəlxalq əməliyyat keçirməsidir”.
Cons iddia edib ki, Ədliyyə Departamentinin “Epstein” fayllarını xalça altına salmasının iki səbəbi ola bilər: Ya Tramp bu fayldan dərin dövlətə nəzarət etmək üçün vasitə kimi istifadə edir, ya da dərin dövlət Tramp administrasiyasını qorxudur”.
Məşhur mühafizəkar şərhçi Benni Conson Corc Oruelldən sitat gətirib: “Partiya deyirdi ki, gözlərinizin və qulaqlarınızın sizə verdiyi dəlillərə inanmayın. Bu, onun son, ən əsas əmri idi”.
“X”də milyonlarla izləyicisi olan sağçı Katturd, “Lütfən, bunun saxta xəbər olduğunu söyləyin”, – deyib.
Sosial mediada Trampın tanınmış tərəfdarı olan Laura Lumer “Amerika xalqı və MAGA bazası yalan danışmağa dözməyəcək”, – deyərək Baş prokuror Pam Bondini istefaya çağırıb.
Sağçı podkaster Tim Pulun hədəfi eyni idi: “Pam Bondi on minlərlə uşaq pornosu videosunu özündə saxlayır”.
Sui-qəsd nəzəriyyəçisi bloqer Mayk Cernoviç Donald Trampı məsuliyyətə cəlb edən azsaylı şəxslərdən biridir. O, “X” hesabındakı paylaşımına ABŞ Prezidenti Donald Trampı “taq” edərək, “Heç kim “Epstein”in Donald Tramp ört-basdırına inanmaz. Bu, mirasınızın bir hissəsi olacaq. Bunu dəyişdirmək üçün hələ vaxtınız var”, – yazıb.
Ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi istismarda olduğu və fahişəlik şəbəkəsi idarə etdiyi üçün mühakimə olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten Mərkəzi Həbsxanasında öz kamerasında ölü tapıldı.
“Epstein” işi ilə bağlı açıqlanan sənədlərə Şahzadə Endrü, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Donald Tramp, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziyaçı Devid Kopperfild, vəkil Alan Derşovits və Nyu-Meksiko ştatının keçmiş prezidenti Riçqovern kimi məşhur adlar daxildir.
Dosyelərdə Klinton və Trampın adı çəkilsə də, keçmiş prezidentlərə qarşı heç bir ittiham irəli sürülməyib.