vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
Bricit kişi olub? 23:24 | 24 iyul 2025 | Cümə axşamı Məqaləyə 163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bricit kişi olub?

Makron cütlüyü amerikalı influenserə qarşı məhkəmə iddiası qaldırıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron, ABŞ mənşəli influenser Kandas Ouensə qarşı böhtan və təhqir iddiası ilə məhkəməyə müraciət ediblər.

Vaxt.az “AFP”yə istinadla xəbər verir ki, iddiaya səbəb Ouensin Bricit Makronun “kişi olaraq dünyaya gəldiyi” barədə yanlış iddialar yayması və bu mövzuda “Becoming Brigitte” adlı geniş video seriyası hazırlamasıdır. Sərt sağçı mövqeyi ilə tanınan Ouens, bu məlumatı “YouTube” və “X” (Twitter) hesablarında milyonlarla izləyicisinə təqdim edib.

Makron cütlüyü ABŞ-ın Delaver ştatında yerləşən federal məhkəməyə müraciət edərək təkzib və maddi təzminat tələb edir. Onların vəkilləri iddia edir ki, Kandas Ouens bu iddiaların yalan olduğunu bildiyi halda, məsələni şan-şöhrət və gəlir üçün davam etdirib və təkzib çağırışlarını rədd edib.

Fransada da daha əvvəl bu tip iddialar yayılmış, “COVİD-19” əleyhdarları və ifrat sağçılar arasında geniş yayılmışdı. Bricit Makronun əslində “Jan-Mişel Troqnyö” adlı bir kişi olduğu iddiası ortaya atılmışdı. Makronlar iddia edir ki, bu ad onun doğma qardaşına məxsusdur.

2023-cü ilin sentyabrında bu iddianı yayan fransız yazıçı Nataşa Rey və Amandin Rua Bricit Makrona və onun qardaşına minlərlə avro təzminat ödəməyə məhkum edilmişdi. Lakin iyulun 10-da Fransa məhkəməsi bu şəxsləri apellyasiya mərhələsində bəraət verdiyi üçün Makron ailəsi qərardan narazıdır və şikayətini davam etdirir.

 

Birinci xanıma qarşı informasiya savaşı – Fransa niyə reaksiya verir?

 

Əvvəlcə sual: niyə bir dövlət başçısı və həyat yoldaşı xarici ölkədəki bir influenseri hədəfə alır?

Emmanuel və Bricit Makronun ABŞ-da Kandas Ouensə qarşı açdığı məhkəmə, sadəcə bir şəxsin hüquqlarını qorumaq cəhdi deyil. Bu, dövlət səviyyəsində informasiya müharibəsinə verilmiş cavabdır.

Son illər Qərbdə populist sağçılar və dezinformasiya aparan media fiqurlarının dövlət liderlərinə qarşı şəxsi hücumları genişlənib. Makron ailəsinə qarşı “gender” əsaslı hücumlar, Fransa cəmiyyətindəki liberal modernləşmə xəttinə qarşı gizli müqavimətin sosial mediada aldığı formadır.

Kandas Ouens – Trampçı sağın ən fəal fiqurlarından biri – bu mövzuda materiallar yayıb. Onun “Becoming Brigitte” videoseriyası həm Makronun siyasi karyerası boyu “LGBT+” siyasəti və hökumət səviyyəsində cəmiyyətin bütün təbəqələrində bu insanlara qarşı yaşıl işıq yandırmasıdır.

İddia isə konkretdir. Bricit Makronun “əslində kişi olduğu”, onun əsl adının “Jan-Mişel” olmasıdır. Məsələ orasındadır ki, bu iddianı təkcə Kandas Ouens deyil, Bricitin keçmiş köməkçisi Mişel Marşand da irəli sürüb. Sosial medianın alqoritmik təbiəti sayəsində bu iddia milyonlara yayılıb.

Məsələnin maraqlı tərəfi odur ki, Fransa bu hücumu kiber və informasiya təhlükəsizliyi kontekstində qəbul edir. ABŞ-da məhkəmə açma qərarı isə transatlantik hüquqi presedent yaratmaq cəhdidir. Fransa bu iddia ilə həm də Avropa Birliyində yeni rəqəmsal media qaydalarının tətbiqinə zəmin hazırlayır.

Əgər bu proses uğurlu olarsa, Avropa liderləri üçün diffamasiya və gender əsaslı iddialara qarşı beynəlxalq hüquqi müdafiə mexanizmi formalaşa bilər.

Sonuncu sual isə budur: Siyasətçi və ailə üzvləri sosial mediada iddialara qarşı susmalıdırmı, yoxsa hüquqi cavab verməlidirlər? Bəs əgər bu iddialar həqiqətdirsə?