
“Hər şeyi dayandıraq!””
Fransada etirazlar səngimiz
Fransada etirazlar səngimiz
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Fransa prezidentinin impiçment məsələsi parlamentdə səsə qoyulacaq
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Fransa Baş naziri Fransua Bayru, dövlət borclarını azaltmaq üçün hazırlanan 2026-cı il büdcəsi səbəbilə Milli Məclisdə etimad səsverməsi keçiriləcəyini açıqladı. Sentyabrın 8-də keçiriləcək etimad səsverməsində hökumətinin 44 milyard avro qənaət təmin etməyi hədəfləyən xərclərə kəsintiləri millət vəkillərinin təsdiq etməsini istəyəcəyini qeyd etdi.
Ciddi təhlükə ilə üz-üzə olduqlarının xüsusi qeyd edən Bayru, "Bunu həll etməliyik, əks halda gələcəyimiz yoxdur" ifadəsini işlədərək, etimad səsverməsinin millət vəkillərinin bu təhlükənin ciddiliyini qəbul edib-etməyəcəklərini və həll yolunu dəstəkləyib-dəstəkləməyəcəklərini göstərəcəyini bildirdi.
Əksəriyyət təmin edilməzsə, hökumət istefa verəcək
Bayru, "Bəzi anlar olur ki, sadəcə hesablanmış bir risk daha böyük təhlükədən qaçmağa imkan verir. Bu, dövlətimizin varlığı, millətimizin nüfuzu və hər bir ailənin gələcəyi üçün bir məsələdir" dedi.
Fransanın müəyyənedici bir an yaşadığını vurğulayan Bayru, "Əgər hökumət etimad səsverməsində əksəriyyəti təmin etsə, yoluna davam edəcək. Lakin əksəriyyəti əldə edə bilməsə, hökumət istefa edəcək", – deyib.
Makron üçün də vəzifədən uzaqlaşdırma prosesi başladılacaq
Fransada "Təslim olmayan Fransa" (La France Insoumise – LFI) partiyasının aparıcı siması Jan-Lük Melanson, Baş nazir Fransua Bayru hökumətinin Milli Məclisdə keçiriləcək etimad səsverməsindən keçə bilməməsi halında Prezident Emmanuel Makron üçün də vəzifədən uzaqlaşdırma prosesi başladacaqlarını açıqladı.