Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
15:44 | 29 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 933 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
ABŞ ilə Avropa Birliyi (AB) arasında gömrük vergiləri üzrə əldə edilən razılaşmadan sonra Almaniya Federativ Kansleri Fridrix Mers, bu razılaşmanın Almaniya iqtisadiyyatı üçün ciddi mənfi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Mers bazar ertəsi günorta saatlarında Berlində verdiyi açıqlamada bildirib: “Alman iqtisadiyyatı bu gömrük vergilərindən ciddi zərər görəcək”.
Mers əlavə edib ki, bu vəziyyət təkcə Almaniya və Avropa ilə məhdudlaşmayacaq: “Bu ticarət siyasətinin nəticələrini biz Amerikada da görəcəyik”.
Beləliklə, yalnız inflyasiya dərəcəsinin yüksəlməsi deyil, eyni zamanda gömrük vergilərinin ümumilikdə transatlantik ticarətə mənfi təsir göstərəcəyi qorxusu yaranıb.
Razılaşmada nələr var?
Aylarla davam edən çətin danışıqlardan sonra ABŞ və Aİ bazar günü yeni ticarət razılaşmasına gəldiklərini açıqlamışdılar. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, razılaşma çərçivəsində Avropa məhsullarının böyük əksəriyyətinə 15 faiz gömrük vergisi tətbiq ediləcək. Bu göstərici, Trampın daha əvvəl təhdid etdiyi 30 faiz tarifdən aşağı olsa da, əvvəllər tətbiq edilən tariflə müqayisədə xeyli yüksəkdir.
Bundan əlavə, Avropa Birliyi ABŞ-dan daha çox maye təbii qaz almağı, Avropa şirkətləri isə ABŞ-a daha çox sərmayə yatırmağı öhdəsinə götürüb.
Avropanın ziyanına
Bununla belə, razılaşma ilə bağlı bir çox detal – məsələn, gələcəkdə ABŞ-dan idxal ediləcək mallara tətbiq olunacaq konkret tariflər – hələ də qeyri-müəyyən və ya tam aydın deyil.
Bir çox müşahidəçi bildirir ki, əldə edilən razılaşmanın əsas məqamları Avropanın ziyanına və olduqca birtərəfli xarakter daşıyır.
Fridrix Mers də əldə olunan razılaşmanın onun üçün qənaətbəxş olmadığını deyib: “Bu nəticə bizi razı sala bilməz. Amma mövcud durumda əldə edilə biləcək ən yaxşı nəticə idi”.
Mers əlavə edib ki, ABŞ ilə münasibətlərin cari vəziyyətini nəzərə aldıqda, bundan artıq bir nəticə əldə olunması qeyri-mümkün görünürdü.