Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:06 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 2250 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Dövlət Katibi Marko Rubio dünən ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında Ukraynadakı münaqişəni sona çatdırmaq məqsədilə keçiriləcək görüşün qarşısında “çoxsaylı maneələrin” olduğunu və “hələ görüləsi çox işin” olduğunu açıqladı.
Rubio, Ağ Evin Trampın həm Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə “açıq” olduğunu bildirməsindən sonra “Fox Business”a verdiyi müsahibədə, “Bu gün yaxşı gündür, amma hələ qarşıda çox iş var. Hələ aşılası çoxsaylı maneələr var və bunu qarşıdakı bir neçə gün, bir neçə saat, bəlkə də bir neçə həftə ərzində bacaracağımızı ümid edirik”, – deyib.
“The New York Times” və “CNN” xəbər agentliklərinin məlumatına görə, görüşlərlə bağlı yaxın mənbələr bildirir ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskva səfərindən sonra ABŞ Prezidenti dünən Avropa liderlərinə bildirib ki, növbəti həftə Putinlə şəxsi görüşmək və sonra Putin, Zelenski və özünün iştirak edəcəyi üçtərəfli toplantı təşkil etmək istəyir.
Vitkoff Trampın Rusiyaya Ukraynadakı müharibəni sona çatdırmaq üçün verdiyi müddətin bitməsindən iki gün əvvəl dünən Moskvada Rusiya Dövlət Başçısı ilə görüşüb. Əks təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq olunacaqdı.
Rubio deyib: “Prezident müharibəyə son qoymaq istəyir. Qarşıdakı günlərdə Avropa və Ukrayna müttəfiqlərimizlə bu istiqamətdə nə qədər irəliləyiş əldə edə biləcəyimizi görmək üçün danışıqlar aparacağıq. Sonra isə irəliləyişin davam etməsini, çox yaxında, ümid edirik ki, yaxın gələcəkdə prezidentin Vladimir Putin və prezident Zelenski ilə görüşmə fürsətini əldə etməsini arzulayırıq. Ancaq bunun baş tutması üçün əvvəl çox şeyin yoluna qoyulması lazımdır”.